Digər idman növləri
“Bakı-2015”in məşəli qədim Gəncədə alovlandırıldı
Mayın 15-də Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, əllərində gül dəstələri, Azərbaycanın üçrəngli bayraqlarını tutmuş on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə çıxıblar.
Mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib. Sonra 10 idmançı məşəl yürüşünə çıxıb. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəliblər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirilib. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.
Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Cəmi 24 illik müstəqillik tarixi olan bir respublikada belə bir möhtəşəm tədbirin keçirilməsi onun necə sürətlə inkişaf etməsinin göstəricisidir. İndi Azərbaycan təkcə neft ölkəsi kimi tanınmır. Azərbaycanın idman sahəsində qazandığı uğurlar onu deməyə əsas verir ki, respublikamız həm də idman ölkəsidir. İndi respublikamızda elə bir şəhər, rayon tapılmaz ki, orada ən müasir idman qurğuları fəaliyyət göstərməsin. Yaradılan bu şəraitdən bəhrələnən idmançılarımız yeni-yeni uğurlara imza atırlar. Onların arasında Gəncə idmançıları çoxluq təşkil edir. Təkcə keçən il gəncəli idmançılar dünya və Avropa yarışlarından Vətənə 142 qızıl, 73 gümüş, 104 bürünc medal gətiriblər. Cari ilin ötən üç ayında isə onlar keçən ilin müvafiq dövrü ilə müqayisədə uğurların sayını artıraraq, 38 qızıl, 30 gümüş və 22 bürünc medala sahib olublar. Hazırda bu qədim şəhərdə möhtəşəm bir idman obyektinin inşası da sürətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə Gəncə Olimpiya Parkının tikintisinə başlanılıb.
Alov festivalının sevincini yaşayan mədəniyyət işçisi Bəxtiyar Muradov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Birinci Avropa Oyunlarının keçirilməsi həm də ölkəmizə çoxlu sayda turist axını ilə müşayiət olunacaq. Əlbəttə, sürətlə inkişaf edən ölkəmizin kifayət qədər füsunkar mənzərələri, zəngin muzeyləri, tarixi abidələri var. Bu baxımdan qədim Nizami yurdu da xarici turistləri qarşılamağa hazırdır. Onlara göstərməyə həm gözəl və yaraşıqlı şəhərimiz, həm də maddi-mədəni abidələrimiz var”.
AMEA-nın Gəncə bölməsinin əməkdaşı, Prezident təqaüdçüsü Elnur Həsənov: “Gəncədə belə bir möhtəşəm tədbirin keçirilməsi, Avropa Oyunlarının məşəlinin qarşılanması biz gəncəliləri də qürurlandırır. Atəşgah məbədində məşəlin alovlandırılması mərasimini izlədikcə insanın qəlbini sevinc hissi bürüyür. Bu gün Avropa Oyunlarının məşəli ölkəmizi diyar-diyar gəzərək, insanlara sevinc bəxş edir. Bu sevincdən 4 min il yaşı olan Gəncəyə də pay düşüb. Əminik ki, idmançılarımız bu yarışlarda da uğurla çıxış edəcək, Azərbaycan bayrağını dalğalandıracaqlar”.
Azərbaycanın idmanda qazandığı uğurlardan danışan əməkdar idman ustası, “Şöhrət” ordenli məşqçi Elçin Zeynalov isə deyib ki, müstəqillik yaşının az olmasına baxmayaraq, Azərbaycan dövlətimizin başçısının diqqət və qayğısı sayəsində əsl idman ölkəsinə çevrilib: “Mən bütün ömrümü idmana həsr etmişəm. Yetirmələrim dünya və Avropa yarışlarında fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar. Tələbələrim bu qələbələrə imza atanda sevincimin həddi-hüdudu olmayıb. Bu gün isə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim sevincimi ikiqat artırıb. Buna dəstək olanların hamısına minnətdaram”.
Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
09:45
Sumqayıtlı millət vəkili “Sumqayıt”ın uğuru barədə: “Hər birimiz qürurluyuq”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu