28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Avropa birinciliyindən 2 qızıl, 2 gümüş, 4 bürünc medal

Bugünlərdə Rusiyanın Medin şəhərində universal döyüş üzrə 6-13 yaşlı idmançılar arasında Avropa birinciliyi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 12 ölkədən 220 idmançının iştirak etdiyi yarışda ölkəmizi universal döyüş üzrə milli komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 10 idmançı təmsil edib. Təmsilçilərimiz uğurla çıxış edərək vətənə 2 qızıl, 2 gümüş, 4 bürünc medalla dönüblər.
Rahim İsmayılov (24 kq, 8-9 yaş) və Elvin Abdullazadə (50 kq, 12-13 yaş) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Rahim yarımfinalda Finlandiya, finalda isə Rusiya idmançısına qalib gəlib. Elvin isə bu mərhələlərdə müvafiq olaraq boqarıstanlı və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdırıb.
Komandamızın digər üzvləri Nicat Məmmədov (55 kq) və Nərgiz Cəfərova (40 kq) 12-13 yaşlı idmançılar arasında gümüş medallara sahib çıxıblar. Bu yaş qrupunda daha bir idmançımız, Emin Fətullayev (45 kq)  bürünc medal əldə edib. İsmayıl Məlikov (35 kq, 10-11 yaş), Uğur Əlizədə (40 kq, 10-11 yaş), Aydın Dadaşov (30 kq, 8-9 yaş) bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, bu, universal döyüşçülərimizin 2015-ci ildə qatıldığı ilk Avropa birinciliyidir.
Xatırladaq ki, aprelin sonunda Ağdamda keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan komandası birinci olmuşdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31