8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

"Tour d’Azerbaidjan-2015"in ilk mərhələsi başa çatdı: 2 təmsilçimiz mükafata sahib çıxdı

"Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloturunda ilk mərhələyə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, yarışın qalibi Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kump olub. İkinci yeri “Androni Giocattoli”ni təmsil edən italiyalı Françesko Kikki tutub. İlk “üçlüy”ü isə Azərbaycan təmsilçisi, "Synergy Baku"nun üzvü Maksim Averin qapayıb.

"Synergy Baku"nun digər təmsilçisi Elçin Əsədov isə dağ yarışlarında ən yaxşı nəticə göstərən idmançı kimi yaşıl maykaya sahib çıxıb.

“Minsk”in üzvü Vladimir Xarakavik ən yaxşı gənc iştirakçı kimi bənövşəyi maykanı geyib.

Qeyd edək ki, Bayraq Meydanında start götürüb, Sumqayıtda yekunlaşan "Tour d’Azerbaïdjan-2015"in ilk mərhələsində 24 ölkəni təmsil edən 25 komanda üzvləri 154 km məsafə qət ediblər.

Yarış başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qalibə mükafatı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ikinci yeri tutan idmançıya mükafatı veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib. Üçüncü olan təmsilçimiz Maksim Averin isə mükafatını atası, veteran idmançı, yarışın fəxri qonağı olan atası Aleksandr Averindən alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30