8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Pərviz Abdullayev İtaliyada nokautla qalib geldi

Mayın 2-də İtaliyanın Verona şəhərində  kikboksinq üzrə reytinq xarakterli döyüş “Kunlun Fight Series” turnirinin döyüşləri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, turnirdə “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev ölkəmizi təmsil edib. İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popescu ilə üz-üzə gəlib və 2 dəqiqəyə rəqibinə nokautla qalib gəlib. Kikboks üzrə beş qat dünya çempiyonu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi  41 doyüşündə  38-ci dəfə qalib gəlməklə, artıq 13-cü dəfə rəqibini nokautla məğlub edib.

Xatırladaq ki, bu turnirdə Kobra erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib idmançı turnirdə iştirak etməkdən qorxaraq, imtina edib.

Qeyd edək ki, “12 May Cobra” peşəkar kikboks klubunun sədri Hacı Səbuhi Rəcəb və idmançının şəxsi məşqçisi Mehman Umudov Pərviz Abdullayevi dəstəkləmək üçün İtaliyada olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30