Digər idman növləri
"ShamkirChess2015"in açılışı oldu
Mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2015” superturnirinin açılış mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, mərasim Şəmkirdə Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, iştirakçı şahmatçılar, millət vəkilləri və digərləri iştirak edib.
Öncə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ötən il keçirilən “ShamkirChess 2014" turnirinə həsr olunan videoçarx nümayiş olunub.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov tədbir iştirakçılarını salamlayıb, dünyanın ən güclü şahmatçılarını Şəmkirdə görməkdən məmnun olduğunu qeyd edib: "Ən güclü dünya şahmatçıları bu yarışda iştirak edir. "ShamkirChess 2015" turnirinin "Bakı-2015" I Avropa Oyunları öncəsi keçirilməsi Azərbaycanın dünyanın idman mərkəzlərindən biri olduğunu göstərir. Ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram".
Yarışın Təşkilat Komitəsinin sədri, "Synergy Group"un İdarə Heyətinin sədrinin 1-ci müavini Fəxriyar Cabbarov yarışın keçiriləcəyi 10 gün müddətdində Şəmkirin dünyanın şahmat mərkəzinə çevriləcəyini deyib. O, Azərbaycanda şahmatın inkişafından danışıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov belə möhtəşəm turnirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, ölkəmizdə şahmatın inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Nazir müavini mərhum şahmatçımız Vüqar Həşimov barədə danışıb. İ. İsmayılov yarış iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.
Mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov turnirdə dünyanın ən güclü şahmatçılarının iştirakının V. Həşimovun beynəlxalq aləmdəki hörmətinin göstəricisi olduğunu bildirib. Sonuncu dəfə dünya çempionu olandan sonra iyun ayınadək heç bir yarışda iştirak etməyəcəyini desə də, dəvəti qəbul edib Şəmkirə gəldiyə görə Maqnus Karlsenə təşəkkür edən Q. Həşimov bütün dünyada şahmatla maraqlanan hərkəsin diqqətinin Şəmkirə yönəldiyini vurğulayıb.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov "ShamkirChess 2014" turnirindən sonra Şəmkirin bütün dünyada tanındığını deyib. FİDE prezidenti Azərbaycanda şahmata xüsusi diqqət göstərildiyini qeyd edib: "Prezident İlham Əliyev yeganə ölkə başçısıdır ki, Azərbaycanda Şahmatın İnkişafına dair Dövlət Proqramı qəbul edib. Burada şahmata yüksək qiymət verilir". K. İlümjinov yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra AŞF-nin vitse-prezidenti F. Həsənov yarışın əhəmiyyətindən danışıb və püşkatma mərasiminə start verib. Püşkatmanın nəticələrinə görə, birinci turda Maqnus Karlsen Vişvanatan Anand, Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov Maksim Vaşye-Lagrav, Uesli So Aniş Giri, Vladimir Kramnik Maykl Adamsla qarşılaşacaq.
Xatirə şəkli çəkdirilib və tədbir bəddi hissə ilə davam etdirilib.
Qeyd edək ki, yarış aprelin 26-dək davam edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”