9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

"Eurosport" kanalı "Tour d’Azerbaïdjan-2015"lə bağlı ilkə imza atdı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün startına 20 gün qalır. Futbolxeber.az-ın məlumatına görə, mayın 6-10-da keçiriləcək 5 günlük yarışın son 3 mərhələsi planetin nüfuzlu "Eurosport" kanalı ilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək.

Martın 21-dən başlayaraq telekanalda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən hazırlanmış müsuqili tanıtım videoçarxı yayımlanır. Bundan başqa, "Eurosport"un öz təşəbbüsü ilə "Tour d’Azerbaïdjan-2015"lə bağlı daha bir videoçarx hazırlanıb və yayım proqramına salınıb.

Qeyd edək ki, bu telekanal tarixində ilk belə haldır və 2.1 kateqoriyalı turnirlərlə bağlı heç vaxt belə bir addım atılmayıb. Bunadək "Eurosport" yalnız "Tour de France", "Vuelta", "Giro d’İtalia" və digər Dünya Turları ilə bağlı özünün hazırladığı videoçarxları yayımlayıb.

"Eurosport"un hazırladığı videoçarxı bu linkdən izləyə bilərsiniz: 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30