9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Fariz Məmmədov: “Döyüşə tam hazıram, məqsədim də yalnız qələbədi"

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun dekabrın 13-də Belarus təmsilçisi Xavadji Xatsiqova qarşı keçirəcəyi döyüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Fariz Məmmədov Sportpress.az saytına verdiyi açıqlamada döyüşə yalnız qələbə üçün çıxacağını bildirib: “Bərpa dövrünü geridə qoymuşam. Artıq özümü daha yaxşı hiss edirəm. Döyüşə hazıram. Məqsədim yalnız və yalnlız qələbə qazanmaqdı. Rinqdə zəif rəqib olmur. Bununla belə, döyüşə ancaq qələbə üçün çıxacağam. İli qələbə ilə başa vurmaq istəyirəm”.

Təcrübəli boksçu AİBA Pro Boxing (APB) turnirində yenidən mübarizə aparacağını da bildirib: “İlk döyüşüm uğursuz alındı. Amma ümidimi tam üzmüməmişəm. Düzdür, mənim çəkimdə Tamerlan Abdullayev inamlı təsir bağışlayır. Amma martda yenidən lisenziya döyüşlərində iştirak edəcəyəm. Tamerlan lisenziya qazana sevinaram. İstənilən halda bu turnirdə də qalib olmaq istədim”.

AİBA Pro Boxing turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya uduzan Məmmədov, revanş barədə düşündüyünü də gizlətməyib: “Həmin döyüşdən bir müddət vaxt keçsə də, yenilgini hələ də unutmamışam. Zamkovoy güclü idmançı olsa da, ona qalib gələrdim. Həmin vaxt yenilgi haqda kifayət qədər danışmşıq. İndi yenidən təkrarçılıq etmək istəmirəm. Sadəcə, onu deyim ki, bir gün mütləq onunla yenidən görüşəcəyəm. Hansı yarışda üz-üzə gələcəyimizi bilmirəm, amma mütləq Zamkovoydan həmin məğlubiyyətin əvəzini çıxacağam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30