8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

"Synergy Baku" dördüncü pillədəki mövqeyini qorudu

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü davam edir. Futbolxeber.az-ın məlumatına görə, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.

Bu gün keçirilən 4-cü mərhələdə iştirakçılar 145.8 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı - Ənvər Asanov, Elçin Əsədov, Aleksandr Surutkoviç, Maksim Averin, İsmayıl İlyasov, Samir Cəbrayılov və Kristof Şvayzer finişi mərhələ qalibindən 2 saniyə sonra keçən pelotonun içərisində olublar - 3 saat, 16 dəqiqə, 1 saniyə.

Bu nəticə "Synergy Baku"nun komanda hesabında 4-cü pillədəki mövqeyini qorumağa şərait yaradıb. Fərdi sıralanmaya gəlincə, ilk "onluq"da komandamızın 3 üvzü var - Samir Cəbrayılov 8-ci, Aleksandr Surutkoviç 9-cu, 3-cü mərhələdə 2-ci olan Maksim Averin isə 10-cudur.

Sabah keçiriləcək 5-ci mərhələdə velosipedçilər 192,8 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30