29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

"Ermənistan yığmasının Bakıya gəlməsini Sarkisyanla müzakirə edəcəyəm"

FİDE prezidenti Kirsan İlyumjinov ölkəmiz və şahmat üzrə Dövlət Proqramı haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, İlyumjinov Ermənistan yığmasının Bakıya gəlişinin mümkünlüyü barədə sualı da cavablandırıb: "Azərbaycanda olmaqdan məmnunam. Qran-Pri turnirini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman naziri, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. FİDE-ya 181 ölkə üzv olub. Amma yalnız Azərbaycanda şahmatın inkişafına görə Dövlət Proqramı var. Bu proqram 2009-2014-cü illəri əhatə edir. Dövlət Proqramı müvafiq strukturlar tərəfindən yerinə yetirildi. Azərbaycan mötəbər yarışları qəbul etdi. Eyni zamanda yığmanız iki dəfə Avropa çempionu olub. Nəticələr hamıya məlumdur. Yəqin, yaxın aylarda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz olacaq və orada mən Dövlət Proqramının vaxtının uzadılması barədə danışacam. Gələn il Bakıda Dünya Kuboku var, 2016-cı ildə şahmat olimpiadası keçiriləcək. Dövlət Proqramının daha 5 il müddətinə artırılması şahmatın inkişafını daha da sürətləndirəcək. Serj Sarkisyanla görüşümdə Bakıda keçiriləcək Dünya Kuboku və şahmat olimpiadası barədə danışacam. FİDE böyük ailədir. Biz istəyirik ki, Ermənistan yığması Bakıda keçiriləcək şahmat olimpiadasında, onların şahmatçıları isə 2015-ci ildə baş tutacaq Dünya Kubokunda iştirak etsin. Bununla bağlı müzakirələrimiz olacaq. Ötən dəfə Ermənistanda olarkən bir daha bildirmişdim ki, onlar Dünya Kuboku və şahmat olimpiadasında iştirak etməlidir. Biz bütün komandaların turnirdə mübarizə aparmasını istəyirik".

Qeyd edək ki, Azərbaycan Ermənistan komandasının təhlükəsizliyinə dövlət səviyyəsində zəmanət verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31