29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Rövnəq Abdullayev: "Dördlər final"ı yüksək səviyyədə keçirildi"

AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilmiş futzal üzrə UEFA kubokunun final mərhələsi barədə affa.az saytına fikirlərini bildirib: "Böyük sevinc və qürur hissi ilə, əminliklə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış - futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olundu. İlk növbədə, bu oyunların təşkilini AFFA-ya həvalə etdiyinə görə UEFA-ya təşəkkürümü bildirirəm. "Dördlər finalı"nın Bakıda təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işərinə başlandı və sevindirici haldır ki, oyunlar bütün parametrlərə görə standartlara uyğun şəkildə həyata keçirildi.Final mərhələsinə yüksəlmiş "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan), "Barselona" (İspaniya) və "Araz"ın iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz "Araz" klubunun üçüncü yeri tutaraq mükafatçılar sırasında yer tutması oldu.

"Dördlər finalı"nın yüksək səviyyədə təşkili bizdə bir daha əminlik yaratdı ki, 2016-cı ilə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq.

Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi Sərhədçi İdman Olimpiya Mərkəzinin rəhbərliyini və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkürümü bildirirəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31