9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

Bakıda UEFA-nın seminarı başlayıb

 

Bu gün Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı başlayıb. Futbolxeber.az-ın məlumatına görə, qadın futboluna həsr olunmuş seminarda Bosniya və Herseqovina, Monteneqro və Litvanı təmsil edən mütəxəssislər iştirak edir.
"Hilton Baku" otelində təşkil olunmuş seminarı giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb. Baş katib ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə ətraflı məlumat verib. E.Məmmədov qeyd edib ki, bu dünya çempionatı nəinki Azərbaycanda, ümumilikdə regionda ən uzunmüddətli idman tədbiri olub. Mundialın loqotipinin təqdimatı FIFA-nın prezidenti Yozef Blatterin iştirakı ilə keçirilib. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 infrastrukturun inkişafı baxımından xüsusi əhəmiyyətə malik olub. Baş katib deyib ki, mundiala hazırlıq dövründə Bakıda bir neçə stadion inşa olunub, həmçinin müasir standartlara uyğun məşq meydançaları hazırlanıb. Çempionatın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev və FIFA-nın prezidenti Yozef Blatter iştirak ediblər. Final qarşılaşmasını dövlət başçısı İlham Əliyev və UEFA-nın prezidenti Mişel Platini birgə izləyiblər. Bu dünya çempionatı Azərbaycanda qadın futbolunun inkişafına və təbliğatının gücləndirilməsinə böyük təkan olub.
Sonra UEFA nümayəndəsi Emma Sykes, ardınca isə AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova təqdimatla çıxış edib.
Seminara aprelin 11-də yekun vurulacaq.

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30