7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Minifutbol

Xankəndidəki tarixi oyun Türkiyə mediasında

Türkiyənin "Desport Maqazin" jurnalında Azərbaycan kubokunun 1/8 finalının "Qarabağ" - MOİK oyununun (1:0) Xankəndində keçirilməsi ilə bağlı yazı yayımlanıb.
 
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, “Qarabağ Azərbaycandır!” adlı yazıda Ağdam təmsilçisinin aid olduğu torpaqlarda işğal bitdikdən sonra ilk matça çıxdığı xatırladılıb: "Qarabağdakı işğalçı rejimin vaxtilə “paytaxt” kimi gördüyü Xankəndindəki stadion 30 ildən sonra Azərbaycan kuboku oyunu ilə azarkeşlərin üzünə açıldı".
 
Yazıda matçın Prezident İlham Əliyevin topa zərbə vurması ilə başladığı qeyd olunub: "Çoxsaylı azarkeşlərin izlədiyi oyundan əvvəl İlham Əliyev çıxışında işğaldan azad edilmiş rayonda ilk dəfə futbol matçının keçirildiyini söylədi. Azərbaycan xalqının artıq öz torpaqlarına qayıtdığını vurğulayan Əliyev “Bugünkü matçın nəticəsi nə olursa olsun, qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir" - deyib. Əliyev Xankəndində idman bayramı yaşandığını vurğuladı. “Bundan sonra Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq. Biz azərbaycanlılar əbədi burada yaşayacağıq. Yaşasın Qarabağ. Yaşasın şanlı ordumuz. “Qarabağ Azərbaycandır" - deyə yazıda İ.Əliyevdən sitat gətirilib.
 
Yazıda o da bildirib ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva matçı müharibədə şəhid olan şəxslərin övladları ilə birlikdə izləyib. Tribunalarda yer alan azarkeşlərin matçı əllərində Türkiyə və Azərbaycan bayraqları ilə izlədiyi qeyd olunub.
 
Yazıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, matçda yeganə qolun müəllifi olan Ağdam klubunun gənc hücumçusu Nəriman Axundzadənin də fikirlərinə yer verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30