8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

Rəşad Sadıqov onun üçün xəstəxanaya yollandı

Dünən Premyer Liqanın 12-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirən “Səbail” kapitanı Ağabala Ramazanov həkim nəzarətindədir.

Futbolxeber.az saytının məlumatına görə, həyati təhlükəsi olmayan Ramazanovu dünən “Turan Tovuz”la oyundan sonra komanda yoldaşları, məşqçiləri və “Səbail” rəhbərliyi ziyarət edib. Baş məşqçi Şahin Diniyev gecə saatlarına kimi xəstəxanada olub.

Ağabala rəqib futbolçu Faiq Hacıyevlə toqquşmadan sonra yerdə qalmışdı. Matçdan dərhal sonra F.Hacıyev də xəstəxanaya yollanıb. Ağabalanı görə bilməsə də, Faiq xoşagəlməz hadisəyə görə çox məyus olduğunu bildirib.

Dünən “Səbail”in futbolçusunu görmək üçün xəstəxanaya yollananlar arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da olub. Mütəxəssis “Liv Bona Dea Hospital”a gedərək sabiq futbolçusunun son durumu ilə maraqlanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30