8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

Şəhriyar Rəhimov dəfn olundu

Ötən gün dünyasını dəyişən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov dəfn olunub.

Futbolxeber.az saytının məlumatına görə, mərhum futbolçu Xırdalan şəhər qəbiristanlığında atası Ağəli Rəhimovun yanında torpağa tapşırılıb.

Dəfn mərasimdə Ş.Rəhimovun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

Ş.Rəhimov ötən ilin əvvəlində karyerasını başa vurub.

Allah rəhmət eləsin!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30