Minifutbol
Neftçi Azarkeş Dərnəyi təqdimatını etdi
Bu gün Neftçi Azarkeş Dərnəyinin (NAD) təqdimat mərasimi keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, Kənan Hənifəyev yaradıcısı, rəhbəri olduğu dərnək haqda danışıb.
O bildirib ki, NAD 9 aprel 2023-cü il tarixində bir qrup “Neftçi”sevərlərin görüşündən sonra ideya olaraq ərsəyə gəlib: "Bundan sonra dərnəyin formalaşması, sistemi, strukturlaşma və gələcək fəaliyyət planı barəsində işlərin görülməsinə start verildi. 18 aprel tarixindən dərnək NAD olaraq təşkilatlanaraq qapalı fəaliyyət göstərməyə başladı. Dərnək azarkeş fan qrupu və klubu deyil, “Neftçi” futbol klubunun azarkeşlərini birləşdirən birlikdi. Biz "Neftçi" azarkeş fan-klubu deyil, tribunada olmayacağıq, hər hansı banerin arxasında duraraq "Neftçi"yə dəstək olan qurum deyilik".
Hənifəyev deyib ki, dərnəyin əsas məqsədinin “Neftçi”nin gələcək fəaliyyətində, müdafiəsində, azarkeş tribunasının inkişafı və təşkilatlanmasında rol oynamaq, klubun daxilində və xaricində baş verən neqativ proseslərə qarşı mövqe bildirmək, komandanın və klubun uğurlu olmasına dəstək vermək, bütün “Neftçi” azarkeşlərinin şəbəkələşməsinə vasitə olmaqdı: "Neftçi”nin peşəkar idarəetməsində və uğurlarının dayanaqlı olmasında azarkeş olaraq komandamızın yanında olmaq və uğurlu olmasına çalışmaq dərnəyin əsas ideyalarındandır. Neftçi Azarkeş Dərnəyi “Neftçi” azarkeşlərindən ibarət olan heyət və üzvlər tərəfindən idarə olunacaq. Dərnəyin tədbirlər planı, gələcək fəaliyyəti sistemi, strukturlaşması və bölmələri barədə yaxın zamanda daha ətraflı məlumat paylaşılacaq. Dərnəyin departamentləri olacaq və birbaşa olaraq öz maliyyələşmə sistemiylə fəaliyyət göstərəcək. hər hansı kluba aiddiyyəti yoxdu və müstəqil fəaliyyət göstəririk".
K.Hənifəyevin sözlərinə görə, yaşı 25-dən yuxarı olan (doğum tarixi 18.03.1998-ci il və daha yaşlı şəxslər) “Neftçi” azarkeşləri qeydiyyatdan keçərək üzvlük üçün müraciət göndərə bilərlər. “Neftçi Azarkeş Dərnəyi”nin alt sosial media ictimai məhsul adı “N1937” şəbəkəsidi: "İdarə Heyətimiz 7 nəfərdən ibarət olacaq. Hələlik 5 nəfərlə təmsil olunuruq. Bildiyiniz kimi, "Neftçi"nin fəaliyyəti ilə bağlı azarkeşlərin narazılığı çox idi. Biz də bir növ azarkeşlərimizin birgə toplanması, ümumi vəhdət şəklini alması üçün belə qərara gəldik ki, bu dərnəyi formalaşdıraq. Bəli, bu, çətin prosesdi, indiyədək ölkədə belə qurum olmayıb. İndiki halda qarşıda çətinliklərimiz var və buna hazırıq. Düşünürəm ki, istəyimiz çox zaman aparacaq, amma son məqsəd olaraq bütün "Neftçi"sevərləri bir dərnək ətrafında birləşdirə biləcəyik. Əlbəttə, burda müxtəlif fan-klublar olacaq. Buna qarşı da deyilik və heç birinin işinə müdaxilə etməyəcəyik. Üzvlüklə bağlı müraciətləri nəzərdən keçirib seçim edəcəyik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi