8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

"Neftçi"dən qovulduqdan sonra Regekampf uçurumun kənarına çatıb"

Tanınmış futbol agenti Anamria Prodan "Nefçi"dən ayrılan keçmiş həyat yoldaşı Laurentsiu Regekampf haqda danışıb.

Futbolxeber.az saytının Rumıniyanın as.ro nəşrinə istinadən verdiyi məlumata görə, o, mütəxəssisin Bakı təmsilçisindən göndərilməsindən sonra karyerasına ağır zərbə dəyə biləcəyindən narahatdır:

“Onun uşağını görmədiyi barədə xəbərlər yalandır. Uşağımın atası olduğu üçün şərh vermək istəmirəm. Danışır, oğlunu görür. Kim belə bir şey deyirsə, Laurentsiuya zərbə vurur. Laurentsiunun səhvləri var, amma o, uşağını sevir, vaxtı olanda onu görməyə gedir, hər gün onunla telefonla danışır. İnanıram ki, Laurentsiu tezliklə özünə gələcək, həyatını qaydasına salacaq. Çünki indi edilən seçimə görə emosional olaraq və peşəkar kimi çöküb. Həmişə ona öyrədirdim ki, şəxsi həyatında tarazlıq olmasa, peşə həyatın dağılacaq, heç kim sənin yanında dayanmayacaq. Doğrudan da, Laurentsiu bu gün uçurumun kənarına çatıb. O, uşaqlarının yanında qalmalı, onların sevgisi ilə əhatə olunmalıdır. O, indiki halda futbola qayıda bilməz. Əks halda, biz böyük məşqçini, həqiqətən də inanılmaz məşqçini itirəcəyik, uzun illər ərzində qurmaq üçün çox çalışdığım karyeranın çökəcəyini görəcəyik.

Ləyaqətinizi və işinizi itirdiyiniz zaman  nə kişilərin, nə də cəmiyyətin gözündə şəxsiyyət kimi mövcud deyilsiniz. Əgər işinizi də itirsəniz, futbolda daha aşağı yerlərə düşürsünüz. Onun bütün karyerasına və 16 il ərzində qurduğum obraza yazığım gəlir. Amma hər kəs öz seçimini edir, istədiyi həyatı yaşayır. Bu gün Laurentsiu ətrafında cəmləşənlər və bu cür sözlər atanlar ona çox böyük zərər verirlər".

Qeyd edək ki, "Neftçi" bu günlərdə Regekampfla yolları ayırıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30