7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Minifutbol

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası İrəvandakı barbar aktını pisləyib

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) öz qitə seksiyaları ilə birlikdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaydığı kəskin bəyanatı öz rəsmi saytlarının manşetinə çıxararaq dünyaya yayıb. Eyni zamanda 167 ölkənin milli idman jurnalistləri təşkilatına və 20 minə yaxın AIPS üzvünün elektron ünvanına göndərib.

Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bəyanatda İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bayrağımıza qarşı törədilmiş barbarlıq aktı kəskin şəkildə pislənib.

Avropa İdman Mətbuatı İttifaqı (AIPS Europe) AİJA-nın bəyanatına sosial şəbəkələrdəki rəsmi səhifələrində geniş yer verməklə özü də bu hadisəni pisləyən bəyanatla çıxış edib.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) dünyanın ən qocaman və nüfuzlu jurnalist təşkilatı kimi tanınır. Gələn il yaradıldığı Paris şəhərində 100 illiyini təntənə ilə qeyd edəcək. AIPS 4 kontinentin, 167 ölkənin milli idman jurnalistləri təşkilatını öz ətrafında birləşdirir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30