8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

Ceyhun Haşımovla bağlı şad xəbər: “Həftəsonu evə buraxılacaq”

Yevlaxda avtomobil qəzasında xəsarət alan hakim-inspektor Ceyhun Haşımovun son durumu açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə onun qardaşı Mübariz Haşımov açıqlama verib.

FIFA dərəcəli referinin sözlərinə görə, dekabrın 16-da əməliyyat olunan Ceyhun Haşımov həftəsonu evə buraxılacaq: “Qardaşımın 4-5 gün sonra, təxminən həftəsonu evə buraxılması gözlənilir. Evdə həkimlərin nəzarəti altında müalicəsi davam etdiriləcək”.

M. Haşımov əməliyyatın uğurlu alındığını bildirib: “Süni çanaq qoyuldu. Süni oynaq başının bir hissəsi çanağın özünə, bir hissəsi isə bud sümüyünün içinə yerləşdirildi. Bud sümüyünün içindən çıxan başlıq çanağın içində oynayır. Həmin yer dağılmışdı, budun başlıq sümüyü çanağın oynaq dəliyini deşib qarına keçmişdi. İndi çanağın bud sümüyü ilə əlaqəsi var”.

FIFA dərəcəli hakim əlavə edib ki, həkimlər dünən qardaşını otuzdurmağa cəhd ediblər: “Bu, qismən alınıb. Bunun özü cüzi də olsa, müsbət nəticədir. Bugünlərdə qaldırıb ayaq üstə saxlamağa çalışacaqlar. Yaxın müddətdə iş fəaliyyətini bərpa etməsi nəzərdə tutulmayıb. Yeni çanağa öyrəşmək mərhələsi olacaq. Çünki bədən onu mənimsəməlidir. Xəstədə özünəinam olmalıdır ki, yeriməyə cəhd edə bilsin. Bədənə sonradan yerləşdirilən cihazdır, buna öyrəşmək lazımdır”.

Qeyd edək ki, dekabrın 10-da baş verən hadisə zamanı “Mingəçevir” – “Qaradağ Lökbatan” görüşünə təyinat alan Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub (“Report“).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30