8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

“Qarabağ”ın oyununa baha bilet satışına görə 7 nəfər saxlanıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Futbolxeber.az saytının DİN Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.

"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - DİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30