9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

"Bakı Metropoliteni" "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

"Bakı Metropoliteni" QSC "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə Bakıda keçirəcəyi oyun üçün gücləndirilmiş rejimdə işləyəcək. 

Futbolxeber.az saytının məlumatına görə, matça görə "Bakı Metropoliteni" QSC-nin iş rejimində ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək. Görüşün oynanılacağı mərkəzi arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.

Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda Ağdam təmsilçisi rəqibinə minimal hesabla uduzub - 0:1.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30