9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Minifutbol

Millimizin üzvü qazancını Ukrayna ordusuna bağışladı

Azərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı məbləği Ukrayna ordusuna bağışlayacaq.

Futbolxeber.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlamasında bildirib.

Zaretska Portuqaliyadakı turnirdə Ukrayna üçün çıxış etdiyini söyləyib: "Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən həm də doğulduğum Ukrayna üçün döyüşmüşəm. Buna görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəyəm. Hər töhfə yardımçı olur".

Qeyd edək ki, İrina Zaretska yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb. Nəticədə Zaretska 500 avro pul mükafatına sahib çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30