9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

Polad Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirilib

Bu gün Bakının Günəşli qəsəbəsində yerləşən "Birlik" Peşəkar Futbol Klubunda şəhid genaral-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş uşaqlar arasında futbol yarışı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə "Birlik" PFK-nın prezidenti Şakir Eyyubov, şəhidimizin qardaşı İlham Həşimov, məşqçilər, valideynlər iştirak etdilər.

Mərasimi giriş sözü ilə açan klub prezidenti Ş.Eyyubov turnirin önəmindən danışıb. Polad Həşimovun heç zaman unudulmayacağını vurğulayan Şakir bəy gənc nəslin şəhidlərimiz haqqında məlumatlı olmasının əhəmiyyətini önə çəkib.

Daha sonra söz şəhid generalımızın qardaşı İlham Həşimova verilib. İ.Həşimov yarışın baş tutmasına görə hər kəsə təşəkkürünü bildirərək Polad Həşimovun futbola sevgisindən danışıb: "Polad futbolu çox sevirdi. Beyləqanın "Mil" komandasının oyunçuları ilə şəxsi əlaqələri də vardı. Tez-tez futbol oyunları təşkil edərdi. O, həm yaxşı insan, həm yaxşı hərbçi, həm də futbolçu idi".

Çıxışını yekunlaşdıran İlham bəy məşqçilərlə görüşərək hamıya uğurlar arzuladı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra turnirə start verilib.

Qeyd edək ki, "Birlik" PFK şəhid və qazi övladları üçün ödənişsiz fəaliyyət göstərir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30