8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

Avro-2020: “Build Bridges” layihəsi təşkil ediləcək

UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində Avro-2020-yə ev sahibliyi edəcək ölkələrdə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, uşaqlar arasında qarışıq rəqabət və yeni oyun formatı yaratmaq, uşaqlara futbol qaydalarını hörmətlə öyrətmək, uşaqların yazı bacarıqlarını və təhsil dəyərlərini təbliğ etmək, UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin iştirakını genişləndirmək və digər məqsədlərlə “Build Bridges” layihəsi təşkil ediləcək.

Futbolxəbər.az saytının məlumatına görə, layihəyə Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) qatıla bilər.

Layihə onlayn platforma üzərindən müxtəlif kriteriyalara uyğun olaraq (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) keçiriləcəkdir. İştirakçılar qeyd olunan bütün yarışlara qatıla bilərlər. Artıq məktəblərin qeydiyyat prosesinə start verilib. 3 may 2021-ci il tarixindən etibarən isə iştirakçılar http://fis.uefa.com linkindən qeydiyyatdan keçərək yarışa qoşula bilər.

İştirakçılar platformada qeyd olunan yarışlara qatılaraq öz videolarını çəkib platformaya yerləşdirməlidirlər. Platformada qeyd olunan fiziki bacarıqlar kriteriyalarında müxtəlif futbol hərəkətlərini İtaliya Futbol Federasiyası tərəfindən təyin olunan məşqçilər verəcək. Bu kriteriyalarda iştirak etmək istəyən iştirakçı həmin hərəkətləri təkrarlayaraq video çəkib platformadan qeydiyyatdan keçərək yerləşdirməlidir. Qeyd edək ki, bir iştirakçı platformada yerləşdirilən bütün nominasiyalar üzrə (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) iştirak edə bilər.

Yarış 4 iyun 2021-ci il tarixinədək davam edəcək. İştirak etmək istəyənlər bu müddət ərzində qeydiyyatdan keçərək yarışa qatıla bilər. Yarış ərzində qeydiyyat prosesi açıq olacaq. Qalib gələn iştirakçılar UEFA tərəfindən mükafatlandırılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30