8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

Azərbaycanda yeni bukmeyker şirkəti yaradılır - EKSKLÜZİV

Azərbaycanda yeni bukmeyker şirkəti yaradılır.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, yeni şirkət 2011-ci ildən fəaliyyətdə olan Topaz-dan sonra ölkədə qanuni fəaliyyət göstərəcək ikinci mərc şirkəti kimi qeydiyyata alınıb.

Yeni şirkətin hələlik hansı adla fəaliyyət göstərəcəyi məlum olmasa da, tanınmış “Unibet” brendinin nəzdində yaradıldığı ehtimal edilir.

Yeni bukmeyker şirkəti mayın 1-dən rəsmən fəaliyyətə başlayacaq. Artıq Bakı şəhərinin müxtəlif ərazilərində şirkətin məntəqələri üçün yerlər seçilir. Həmçinin, şirkət üçün yerli banklardan birində hesab da açılıb.

Qarşıdakı günlərdə Futbolxeber.az saytı oxucularına şirkətin loqosunu təqdim edəcək və səhmdarlar haqqında ətraflı məlumat verəcək.

Qeyd edək ki, bukmeyker şirkətinin Azərbaycan futboluna da diqqət ayıracağı gözlənilir. Məhz bu şirkətin yeni mövsümdən Azərbaycan Premyer Liqasına sponsorluq edəyini proqnozlaşdırmaq olar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30