8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

AVRO-2020 könüllülərimiz “Zenit” - “Lokomotiv” oyununda iştirak ediblər

AVRO-2020 üzrə Bakı könüllü komandası fevralın 18-dən martın 2-dək Rusiyada səfərdə olublar.

Futbolxeber.az saytının məlumatına görə, komanda “Qazprom Arena”da baş tutmuş Rusiya Premyer Liqası çərçivəsində “Zenit” - “Lokomotiv” oyununun təşkilində iştirak edib. Könüllülərimiz, eyni zamanda, “Zenit” könüllüləri ilə görüşdə müşahidəçi kimi fəaliyyət göstəriblər.

Xatırladaq ki, UEFA AVRO-2020-nin Bakıda keçiriləcək 3 oyununun (Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə) və 1/4 final qarşılaşmasının təşkilati işlərində müxtəlif sahələr və funksiyalar üzrə 2020 könüllü çalışacaq.

AFFA tərəfindən 2019-cu ilin iyun ayından etibarən isə könüllülərin qeydiyyat mərhələsinə start verilmişdi. Beş ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçmişdi.

Qeyd edək ki, müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30