8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

Bakıda futbol təcrübəsi və bilik mübadiləsi seminarı

Bu gün FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı öz işinə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, FIFA-nın və Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi seminarda AFFA-nın İnkişaf Strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.

Seminarın ikinci günü iştirakçılar Bakı Olimpiya Stadionu, “Bakcell Arena”, Dalğa Futbol Mərkəzi ilə tanış olduqdan sonra UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Düdelanj” oyununu izləyəcəklər (affa.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30