9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

“Mourinyo dedi ki, sənə 35 milyon vermişik, bu nə mənasız oyundur oynayırsan”

Ukraynalı jurnalisti Roman Bebex hazırda “Səbail”də oynayan Maykl Essyenlə müsahibə üçün Bakıya səfər edib.

Futbolxeber.az saytının məlumatına görə, Yutubdakı “Bombardir” kanalı üçün hazırlanan geniş reportajda Bayıl qəsəbəsindən fraqmentlərə də yer verilib.

Bundan başqa, “Səbail” klubunun rəsmisi də reportajda fikirlərini bildirib. O deyib ki, Essyenin “Səbail”ə transferi sırf təsadüf nəticəsində alınıb. O, bu məsələnin Essyenin Bakıya səfəri zamanı yemək masası arxasındakı söhbət zamanı həll olunduğunu söyləyib.

“Ona burda oynayarsanmı deyə fikrini soruşduq. O da müsbət cavab verdi”, - deyə klub rəsmisi Ramin Həsənov bildirib.

Reportajın gedişatında jurnalist və Essyen Bakının mərkəzi hissəsində gəzintiyə çıxıb, eləcə də bazarlardan birində alış-veriş də ediblər.

Essyen “Çelsi”də çıxış etdiyi vaxt komandanın baş məşqçisi olmuş Joze Mourinyo ilə aralarındakı maraqlı dialoq haqda da danışıb:

“Qana millisinin düşərgəsindən qayıtmışdım. “Vest Bromviç”lə oyunumuz vardı. Oyun saat 12.00-da başlayırdı. Start heyətdə idim və pis oynayırdıq. Fasilədə hamımız yorğun idik. Mourinyo mənə dedi ki, hər şey yaxşıdır? Dedim, belə də. Cavab verdi ki, onda özünü ələ al, sənə 35 milyon pul vermişik, bu nə mənasız oyundur oynayırsan (gülür)”.

Müsahibədə “Səbail” klubunun fəaliyyəti barədə də danışılıb.

Reportaja aşağıdakı videoda baxa bilərsiniz 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30