8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

Elxan Məmmədov könüllülərin Yay Düşərgəsində

Sentyabrın 11-dən etibarən Şamaxı Olimpiya Mərkəzində AFFA tərəfindən təşkil olunan UEFA Avro-2020-nin Könüllülük proqramı çərçivəsində Yay Düşərgəsi start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, düşərgədə Avro-2020 könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan 200 könüllü iştirak edir.

Düşərgədə könüllülərə Avro-2020 haqqında məlumatlar verilir, müxtəlif şöbələr tərəfindən təlimlər təşkil olunur, eyni zamanda xüsusi qonaqlarla görüş və seminarlar həyata keçirilir.

AFFA-nın baş katibi, Avro-2020 işçi qrupunun meneceri Elxan Məmmədov bu gün düşərgəyə baş çəkən qonaqlar arasında olub. O, könüllülərlə birgə komanda quruculuq tədbirlərində iştirak edib, eləcə də idarəetmə qabiliyyətinin iş və şəxsi həyatda tətbiqi barədə onlarla fikir mübadiləsi aparıb. Könüllülərlə diskusiyya zamanı şəbəkə oyunu təşkil olunub, oyunun sonunda yaranmış torun altında şəkil çəkdirilib.

Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında ünsiyyətin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır. Düşərgə sentyabrın 13-ə qədər davam edəcək (affa.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30