Minifutbol
Azarkeşlər UEFA AVRO 2020 fristaylerlərini seçirlər
İctimaiyyət turnirin 12 ev sahibi şəhərinin hər birini təmsil etmələri üçün sevimli fristaylerlərinə səs verir
Azarkeşlər məşqçi olaraq UEFA AVRO 2020-də ölkələrini təmsil edəcək insanları seçmək şansı qazanıb.
Avropada ən orijinal və yaradıcı, sərbəst, küçə və panna futbolu üzrə peşəkarları axtarıb tapmaq üçün təşkil olunan “Növbə sənindir” istedad yarışması 12 ev sahibi şəhərin hər birindən 2 şanslı qalibə UEFA Avropa Çempionatının 60-cı ildönümündə UEFA AVRO 2020 fristaylerləri kimi iştirak etmək imkanını bəxş edəcək.
UEFA AVRO 2020-nin rəsmi fristaylerləri və çox sayda dünya rekordçuları olan Liv Kuk və Tobias Beks hər bir ölkədə yüzlərlə videoqeydlər arasından qısa siyahı hazırlamış və sevimli bacarıq sahiblərini seçməyi artıq azarkeşlərin öhdəsinə buraxmışlar.
Qaliblər Avropa çempionatı çərçivəsində tədbirlərdə, eləcə də fan-zonalarda və kubok turları zamanı matçlarda iştirak etməklə öz ev sahibi şəhərlərini təmsil edəcəklər.
Qısa siyahıda göstərilən bacarıqlar, hərəkətlər və fəndlər içərisindən azarkeşlər həyatda cəmi bir dəfə rast gəlinən unikal fürsət üçün seçimdə iştirak edəcəklər. Səs verən hər kəs avtomatik olaraq final oyunu və ya ev sahibi şəhərdə təşkil olunan hər hansı matç üçün biletlər, imzalı futbol forması və ya futbol topu qazanmaq imkanı verən mükafat lotereyasında iştirak imkanı əldə edəcək.
Tobias deyir: “”Sənin növbəndir” müsabiqəsi üçün qısa siyahının hazırlanması qərarı indiyə qədər gördüyüm işlərdən xoş, lakin ən çətinlərdən biri oldu. Avropanın hər tərəfindən gələn istedad, yaradıcılıq və həvəs həqiqətən ilhamvericidir”.
Liv Kuk insanları iştiraka dəvət edir: “Bu fristaylerlər gələn il keçiriləcək turnirdə hər bir ev sahibi şəhəri təmsil edir və mən hər kəsi səs verməyə çağırıram. Fristayl futbolu adi futboldan daha çox özünü ifadə etmək imkanını yaradır və ictimaiyyət bu gözəl videolara baxıb öz sevimlilərini seçməklə çox şey öyrənəcək”.
Dublindən Bakıya qədər siyahıda olan fristaylerlər uğur qazanıb-qazanmadıqlarını öyrənmək üçün 6 həftə gözləməli olacaqlar. Buraya həmçinin Niderlanddan olan 18 yaşlı Laura Dekker də daxildir ki, o, fristayler fəaliyyətinə ilk dəfə 4 il əvvəl “Instagram”da fəndlər nümayiş etdirən bir şəxsi gördükdən sonra başlamışdır.
“İndiyə qədər ən böyük fristayl nailiyyətim Avropa çempionu olmaq idi. İndi isə hədəfim dünya çempionu olmaqdır! Fristayl futbolu həqiqətən mənim həyatımdır. Mənim sevimli işim çıxış etmək və insanlara yeni fəndlərimi göstərməkdir. Məhz buna görə AVRO 2020 çempionatının iştirakçısı olmaq mənim üçün çox heyrətamiz olardı”, - deyə Laura bildirib.
Madriddən olan 27 yaşlı fristayler Havyer Sans Aqilar təxminən 12 ildir ki, fristayl futbol ilə məşğuldur: “Fristayl futbolunu sevməyimin əsas səbəblərindən biri insanlardır. Hər kəs həmişə o qədər mehriban olur ki, sanki bir-birinizi illərdir tanıyırsınız. Mən böyük futbol azarkeşiyəm. Buna görə də AVRO 2020 çempionatını fərqli baxımdan yaşamağı və bu Avropa çempionatında İspaniyanı təmsil etməyi çox istəyərdim”.
23 yaşlı Co Eşvort AVRO 2020-də Qlazqonu təmsil edəcəyinə ümid edir və şəhərin turnir üçün ən görkəmli məkan olduğunu düşünür. O, əlavə edir: “Qlazqo gördüyüm yerlərdən heç birində rast gəlmədiyim futbol ehtirası ilə dolu olan bir şəhərdir. Buradakı insanlar “Hampden Park”ı möhtəşəm ab-hava ilə təmin edəcəklər və mən də bunun iştirakçısı olmaq istəyirəm!”.
Sevimli fristaylerinizə səs verməyin qaydaları da daxil olmaqla, daha ətraflı məlumat əldə etmək üçün, lütfən, 30 sentyabr 2019-cu il, saat 14:00-dək (MAV) https://www.uefa.com/uefaeuro-2020/your-move səhifəsinə nəzər salın.
Fristayl haqqında
Fristayl futbolu - küçə futbolu, panna və oyunun bacarıqlara əsaslanan digər formaları ilə əlaqəli futbol növüdür. O, rəqs və hətta bədii gimnastika ilə ümumi xüsusiyyətlərə malikdir. Həmçinin, musiqi ilə də sıx bağlıdır. Fristayl futbolu oyun deyil – o, yaradıcılıq və bədii çıxışın bir ifadəsidir.
UEFA AVRO 2020 fristaylerləri haqqında
İngiltərənin Leyland şəhərindən olan 20 yaşlı Liv Kuk dördqat dünya fristayl rekordçusudur və fristayl üzrə dünya reytinqi səviyyəsinə sürətli yüksəlişi onun tarixdə ən gənc dünya çempionu, həmçinin UEFA-nın Qadın Futbolu üzrə Səfiri olması ilə nəticələnmişdir.
2017-ci ildə o, Praqada dünya çempionu tituluna gedən yolda təşkil olunmuş tədbirdə hər bir mübarizədə maksimum bal toplayaraq dünyanın bir nömrəli futbol fristayleri oldu. Bir il sonra Kuk Barselonada 4 dünya rekordunu qırdı.
Norveçin paytaxtı Oslo şəhərindən olan 27 yaşlı Tobias Beks dəfələrlə Avropa çempionu olmuş və özünün fristayl brendini yaratmışdır. 2006-cı ildə fristayler fəaliyyətinə başlayan Tobias hal-hazırda fristayl sənətini mümkün olduğu qədər daha geniş və müxtəlif auditoriyaya çatdırmaq məqsədilə dünyanı gəzir.
O, öz bacarıqlarını çox fərqli yerlərdə - dağın başından tutmuş krandan asılı vəziyyətə qədər - göstərmişdir və fristayl qabiliyyətini daha da inkişaf etdirmək iqtidarındadır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi