8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

Avroluiqanın finalı ilə bağlı müsabiqənin ilk qalibi mükafatlandırıldı

Bakı ilk dəfə qitənin ən mötəbər yarışlarından biri - UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edəcək. 56 klubun iştirak etdiyi nüfuzlu turnirin həlledici görüşündə gərgin mübarizədən qalib ayrılacaq yalnız 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.

Bu mötəbər yarışma ilə əlaqədar yaradılmış www.finalbaku2019.com saytında xüsusi layihəyə start verilib. Belə ki, Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların düzgün tapılan nəticələrinin xal sistemiylə keçirildiyi yarışmada 1000-dən çox iştirakçı qeydiyyatdan keçib. Yarışmanın əsas mükafat fondu 2000 AZN-dir. Bundan əlavə, ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə isə milli komandanın futbol geyimi və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir.

26 sentyabr tarixində Yerli Əməliyyat Komitəsinin ofisində ilk ayın qalibi mükafatlandırılıb. 27 xalla hər kəsi qabaqlamağı bacaran Anar İsgəndərliyə milli komandanın futbol geyimi hədiyyə edilib.

Əgər siz də yarışda iştirak etmək istəyirsinizsə, www.finalbaku2019.com saytında “Hesabı tap” bölməsinə daxil olmaq, qeydiyyatdan keçmək və təxminlərinizi qeyd etmək kifayətdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30