Minifutbol
Qulu Məhərrəmli: “Azərbaycanda idman mətbuatı ağrılı yerimizdi”
Professor, əməkdar jurnalist Qulu Məhərrəmli “Het-trik news” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
İnsanın yaşı ilə onun peşəsindənkənar sahələrə marağı tərs mütənasibdir. Yəni insan yaşlaşdıqca, bu istiqamətdə marağı azalır. Bunu öz şəxsi təcrübəmdən deyirəm. Orta məktəbdə oxuyarkən futbolun çılğın azarkeşi idim. Uşaqlıq illərimdə futbolla bağlı məlumatlar indiki kimi çox deyildi. Amma buna rəğmən Dünya və Avropa çempionatlarına baxırdıq, futbolla bağlı yazıları böyük həvəslə oxuyurduq. Məşhur futbolçuların adlarını əzbərdən bilir, onların işlətdikləri fəndləri təkrarlamağa çalışırdıq. Özümüzü Pele, Eysebion, Qarrinçaya bənzədirdik.
***
Orta məktəb illərində yaxşı futbol oynayırdım, qapıçı idim. Amma lider olmaq istəyinə görə həmişə hücumda oynamağa can atmışam. 10 ya da 11 nömrəni seçirdim. Orta təhsili Şuşada – internat məktəbdə almışam. Şagird olarkən, həm güləşlə məşğul olur, həm də məktəbin futbol komandasının üzvü idim. Komandamız Dağlıq Qarabağ birinciliyində çıxış edirdi. Cıdır düzünün yaxınlığında stadion düzəltmişdilər. Oyunların birində çox gözəl bir qol vurdum – uzaq məsafədən endirdiyim zərbə üst tirə dəyərək içəri düşdü. Həmin qolu indi də hərdən yuxularımda görürəm. Tələbəlik illərində isə futbola yanaşma şüurlu formada idi. Azərbaycan futbolu ilə ciddi maraqlanırdıq. O vaxtlar hamının bir komandası vardı – “Neftçi”. Bu komandanın göstərdiyi nəticələrə çox həssas yanaşırdıq.
***
Televiziyada işləyərkən də futbolla daha yaxından maraqlanırdım. Təsadüfi deyil ki, “Səhər” proqramının rəhbəri olarkən, xüsusi idman proqramı hazırlayırdıq. Verilişə yeni aparıcılar cəlb edirdik. Özümüzün futbol komandası vardı və müxtəlif yarışlarda, qəzet və televiziyalar arasında keçirilən turnirlərdə iştirak edirdik. Çox sayda qələbələrimiz olub. Cavanlarla birlikdə oynamaqdan zövq alırdım. Ümumiyyətlə, Az.TV-yə camaat arasında münasibət yaxşı deyildi. Təbii ki, bu səbəbdən onun komandasına da azarkeşlik edən az olurdu.
***
Futbolun cazibəsi, romantikası digər idman növləri ilə müqayisədə tamam başqadı. Arada voleybol, stolüstü tennis oynayıram. Amma futboldakı ehtiras, coşqu, müsbət enerji onların heç birində yoxdu. Futbol həm də bir elmdi – futbolçudan ağıl, taktika qurmaq tələb edir. İndi futbolun taktikası da, insanların futbola baxışı da çox dəyişib. Buna rəğmən gözəlliyini, cazibəsini saxlaya bilib, ən populyar idman növü olaraq qalmaqdadı.
***
Məni davamlı azarkeş hesab eləmək olmaz. Vaxtilə “Neftçi”yə azarkeşlik edirdim. İndi bura “Qarabağ”ı da əlavə eləyərdim. Bunun da bir neçə səbəbi var. Birincisi əslən qarabağlıyam, ikincisi “Qarabağ”da işləyən Elbrus Abbasovla qonşuyam, üçüncüsü isə “Qarabağ”ın adına görə. Təssüf ki, bizdə sabit komanda yoxdu. Çünki, sabit futbol, ona sabit münasibət yoxdu. Bü səbəbdən hərdən futbolumuzdan küskün düşürəm. Amma 20 ildir ki, “Qalatasaray”ın sadiq azarkeşiyəm. Elə oyunu olmur ki, baxmayım. Türkiyə futbolunun son illərdəki yüksəlişi Azərbaycanda da öz təsirini göstərib. Türk klublarının xeyli azarkeş ordusu yaranıb. Hansısa qələbədən sonra insanların küçələrə axışması, qələbəni coşqu ilə qeyd etmələrindən xoşlanıram. “Qalatasaray”ın uğursuz çıxışı zamanı da daxilən bir rahatlıq tapıram ki, bu, uzun çəkməyəcək. İstanbulda olarkən, 2 dəfə komandamın oyununu stadiondan izləmişəm. “Ali Sami Yen” çox əzəmətli idi. Çox istərdim ki, derbi oyunlarına da stadiondan baxım. Təkcə oyuna yox, stadionda olanların reaksiyalarını da izləmək maraqlı olardı. Səviyyəsinə görə türk futbolu, tamaşaçı mədəniyyəti bizdən qat-qat üstündü. O səviyyəyə çatmaq üçün xeyli çalışmalıyıq.
***
Bu gün orta məktəb şagirdləri dünya futbolunu, futbolçuların adlarını çox yaxşı bilirlər. Bir tərəfdən buna sevinirəm. Digər tərəfdən isə, futbola sevgi elmə diqqəti azalda bilər. Yəqin ki, beyinlərində boş faylları var. Elmə, biliyə də yer qalar.
***
Futbolu daha çox televizordan izləməyi xoşlayıram. Stadionda olarkən, hərbən azarkeşlərin yersiz hərəkətlərindən əsəbiləşirəm. Həm də televiziya elədi ki, oyun bir neçə kamera ilə çəkilir. Stadionda futbola iki gözlə baxırsansa, televizorda gözlərin sayı bir neçə dəfə artır. Az.TV-də işləyərkən, hansısa beynəlxalq oyun zamanı rejissor otağında idim. Futbolu tamaşaçıya çatdırmaq üçün rejissorun peşəkar, bu sahəni bilən adam olması vacibdi. Eyni zamanda bir neçə kameranın görüntüsünü izləmək və həmin görüntülərin ən yaxşısını tamaşaçıya çatdırmaq peşəkarlıq tələbə edir.
***
Türkiyədən başqa son vaxtlar İngiltərə və Almaniya birinciliklərinin oyununu mütəmadi olaraq izləməyə çalışıram. Avropa futbolunda sürət və texnikanın vəhdəti, xətlərarası əlaqə, məşqçilərin taktiki gedişlərini izləyəndə futboldan həqiqətən zövq alıram. Dostum, hamımızın yaxşı tanıdığı Elçin Şıxlının sayəsində İspaniya birinciliyinin də azarkeşi olmuşam. Ümumiyyətlə, Elçin müəllim futbolu dərindən bilən insandı. Futbola bağlı söylədiyi fikirlər, apardığı mülahizələr o qədər maraqlı olur ki, istər-istəməz bu insanın futbol biliyinə heyran qalırsan. Bu sözləri İbrahim Nəbioğluna da aid etmək olar. Rəhmətlik Adil Qaçayoğlu da gözəl futbol bilicisi idi. Hətta Adil müəllimin futbola olan sevgisi balaca oğluna da sirayət etmişdi. Bir dəfə jurnalistlər arasında keçirilən turnirdə bizim komanda “525-ci qəzet”in komandası oynayırdı. Adil müəllimin oğlu ilə kənarda dayanıb oyunla bağlı söhbət edirdik. Uşağın futbolla bağlı söylədiyi fikirlər adamda belə bir təəssürat yaradırdı ki, neçə ilin futbol bilicisi ilə söhbət edirsən. Belə insanlar Azərbaycanda çoxdu. Xeyli ad çəkə bilərəm.
Bayaq adını çəkdiyim birinciliklərin oyunlarına hansı kanaldan baxmağıma gəlincə isə... Eyni qiymətə olan hansı kostyumu alarsınız – Fransa istehsalı olan, yoxsa Azərbaycanda tikilən sex malını?
***
Son illər futbol şərhçiliyi sahəsində kifayət qədər tanınmış adlara rast gəlirik. Məsələn, Elnur Əşrəfoğlunu, Altay Əliyevin və digərlərini göstərə bilərəm. Hərəsinin özünəməxsus aparıcılıq tərzi var. Elnur bir qədər soyuqqanlıdı, Altay azarkeşləri daha çox ələ ala bilir. Onların bir şərhçi kimi yetişməsində azacıq da olsa, zəhmətim var. Televiziyaya gələrkən, yaşlı nəsil onlara bir qədər qısqanc münasibət bəsləyirdi. Həmişə həmin gənclərə dəstək olmağa çalışmışam. Hətta, vaxtilə Universitetdə dərs dediyim bir neçə qız var idi ki, onlara yaxşı şərhçi ola biləcəklərini söyləmişdim. Amma, yəqin mentalitetdən irəli gəlir, etiraz etdilər. İndi hərəsi bir sahənin mütəxəssisidi, amma şərhçiliyi seçsəydilər, daha irəli gedə bilərdilər.
***
SSRİ dönəmində belə bir adət var idi - futbol şərhçisi gərək keçmiş futbolçu olaydı. Vladimir Maslaçenkonu misal gətirə bilərəm. Bizdə də futbol həyatı yaşamış şərhçilərimiz olub - Çingiz İsmayılov, Aydın Əliyev. Şərhçi üçün futbolçu olmaq azdı. Gərək dili də səlist biləsən. Az.TV-də işləyərkən uşaqlara futbolla bağlı hansı terminlərdən daha çox istifadə etmələri ilə bağlı məsləhətlər verirdim. Təəssüf ki, indiki idman jurnalistikasında şəffaflıq yoxdu. Şərhçilər, idman jurnalistləri istər efirdə, istərsə də yazılı mətbuatda fikirlərini açıq-aydın ifadə edə bilmirlər. Tərəfkeşlik hiss olunur. Fikir ifadə etmək üçün onlara şərait, tribuna yaradılmalıdı. Jurnalist kimlərdənsə asılı olmamalıdı. Bu da idman jurnalistikasını hörmətdən salan, inkişafını ləngidən amillərdəndi. Qısası, Azərbaycanda idman mətbuatı ağrılı yerimizdi. İndi əsl idman şəhrçisi, futbol şərhçisi barmaqla sayılası qədərdi. Yaxşı yadımdadı, SSRİ dönəmində nəşr olunan qəzetlərdə idman yazılarını mütəmadi izləyirdik. Bəzi qəzetlərdə idmana səthi yanaşma var idi. Amma “Bakı” qəzetini oxuyarkən hissə edirdin ki, idman bölməsində çalışanlar əsl peşəkarlardı. Şamil Şahməmmədovun yazdığı məqalələr, şərhlər çox oxunaqlı idi. “Bakı”nın rus versiyası olan “Baku”da da həmçinin. Mark Peyzelin yazılarından həzz alırdıq. İndi isə belələri çox azdı.
***
Son vaxtlar Messi ya Ronaldonun hansının daha yaxşı futbolçu olması haqda mətbuatda, televiziyada xeyli müzakirələr gedir. Mən Messini Ronaldo ilə deyil, Maradona ilə müqayisə etmək istərdim. Buna həm də futbolun keçmişi ilə bu gününün müqayisəsi də demək olar. Maradona kimi texnikalı futbolçular nadir hallarda yetişir. Maradona bir qədər şouyameylli futbolçu olub. Amma qiyməti, dəyəri yox idi. Argentina yığması Maradonasız tamam başqa cür görünürdü. Hiss olunurdu ki, futbol yoxdu. Müsbət enerjiyə məxsus futbolçu idi – adicə topa toxunuşu stadionda ab-havanı dəyişə bilirdi. Messi də əla futbolçudu. Maradonanın meydanı görmək qabiliyyəti Messidə olsaydı, onun oynadığı komanda daha çox uğurlara imza ata bilərdi. Maradona həm fərdi, həm də komanda oyununda güclü idi. Messidə isə fərdi xüsusiyyətlər daha çox sezilir, komanda oyununda bir qədər axsamalar var. Maradonanı dünya futbol tarixində ən böyük futbolçu hesab edirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb