9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

Şevçenko Bakıya gəlir

"Neftçi" klubu 80 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirməkdə davam edir. Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”ın Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la ilk oyun öncəsi də bu barədə planı var. 
 
Bu barədə klubun rəsmi “Facebook” səhifəsindən bilgi yayılıb. Sizi həmin məlumatla tanış edirik: "Klubumuzun yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçında da davam edəcək. 30 mart 2017-ci il tarixdə təşkil olunacaq görüşü müxtəlif dövrlərdə “Neftçi”nin formasını geyinmuş veteran futbolçular izləyəcəklər. Onlar arasında hazırda ölkəmizdə yaşayan veteran futbolçularla yanaşı, ölkə xaricindən dəvət olunmuş – 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, komandamızın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var. 30 mart saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər maraqlı görüntülərə şahidlik edəcəklər. Bu səbəbdən azarkeşlərimizi matça 1 saat qalmış stadiona dəvət edirik. Gəlin 80 ilin həyəcanını birgə yaşayaq!"
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30