8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Minifutbol

Vyana İdman Naziri "Karabakh Vyana"nı qəbul etdi

Vyana Futbol Federasiyasının (WFV) təşkilatçılığı ilə Vyana Şəhər Hökümət evində 2015/2016 -cı il WFV liqalarında çempionluq titulu qazanmış futbol klublarının mükafatlandırma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, mötəbər tədbirin açılışında iştirak edən Vyana şəhər İdman Naziri çempion olmuş klubları qələbə münasibəti ilə təbrik edib. Sonra müxtəlif liqalarda qalib gələn klublar Vyana Şəhər İcra hakimiyyəti nümayəndələri , Vyana şəhər İdman Naziri və Vyana Futbol Federasiyasının prezidenti tərəfindən diplom və medallarla təltif olunmuşdur.

Tədbirdə Vyananın "Karabakh Vyana" klubunun göstərdiyi oyun xüsusi vurğulanıb və komandanın daha böyük uğurlara nail olacağına ümid bəsləndiyi qeyd olunub.

Məlumat üçün bildirək ki, "Karabakh Vyana" futbol klubu uğurlarını sadəcə əsas komanda ilə deyil, aşağı yaş qrupların təmsil olunduğu C liqasında davam etdirir.

C liqasında qış fasiləsindən öncə keçirilən sonuncu 10-cu turda da qələbə qazanan "Karabakh Vyana"nın yeniyetmələrdən ibarət heyəti fasiləyə çempion kimi yollanıb. Klubun əsas hədəfi cari mövsüm uşaq və yeniyetmələrin təmsil olunduğu daha yüksək - B liqasına vəsiqə qazanmaqdır.

Xatırladaq ki, reqlamentə əsasən C Liqasında xallar U-14,U-16 və U-18 komandalarının bir turda qazandığı nəticələrin cəminə əsas




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30