Minifutbol
“Arzuların ardınca” gedən dəyərli adaşım
Dəyərli həmkarlarım Ismayil Abdullayev və Mehman Rasulov. Vaxtilə ANS-də birgə çalışmış, indi isə müvafiq olaraq “İdman Azərbaycan” telekanalında və “Neftçi” klubunda işləyən bu idman jurnalistlərinin ad günləri dalbadaldır. Özü də hər ikisinin 1984-cü ildə anadan olduqlarını nəzərə alsaq, İsmayıl həmkarından cəmi 1 gün böyükdür. Təbriklərimi qəbul etmək növbəsi bu dəfə Rəsulovundur. Özü də budəfəki yazımın qəhrəmanının adaşım olması mənə ruh yüksəkliyi verir.
Əslində, Azərbaycan idman jurnalistikasında bir çox adlardan fərqli olaraq Mehman çox azdır. Ümumiyyətlə, uzun müddət bu sahədə yeganə Mehman mən idim. Hərçənd futbol ictimaiyyətində bu ad heç də az deyil. Rəsulovun gəlişindən sonra Mehmanlar iki oldu. İndisə bizlər klub strukturunda çalışırıq. Rəsulov “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində, Süleymanov isə “Qəbələ”nin qəzetində.
Mehmana təkcə adaşım olduğuna görə yox, bir çox xüsusiyyətlərinə görə böyük hörmətim var. O, ilk növbədə insanlığına, tərbiyəsinə, ədəb-ərkanına görə yaxşı nümunədir. Təbii ki, savadı, danışığı, qələmi də öz yerində. Rəsulov yaxşı söz bazasına malikdir, hacırcavablığı ilə seçilir. O, az qala dillər əzbərinə çevrilən sitatların müəllifidir ki, bunlar haqda da biz idman jurnalistləri birgə olarkən söz düşür. Özü də Rəsulovla bağlı Gündüz Abbaszadənin duzlu-məzəli söhbətləri olur. Həmin Gündüz Abbaszadə ki, yaxın dostu olan Mehmanla artıq uzun müddətdir birgə çalışır. Abbaszadənin ANS-dən “Neftçi”yə gedişindən sonra Rəsulov da onun yanına üz tutdu və yenə iş yoldaşı oldular.
Mehmanla 2011-ci ilin fevralında milli komandamız Dubayda təlim-məşq toplanışında olarkən yol yoldaşı olmuşam. Bu səfərdə adaşımla bağlı bir hadisə xatirimdən çıxmır. Mən ondan sonra belə qənaətə gəldim ki, adaşım yatmağı çox sevirmiş. Yəni o yorulubsa, mütləq dinlənməlidir. Təbii ki, Dubaya gələnlər dünyanın ən hündür qülləsi olan “Burc-Xəlifə”yə getməyi, orda şəkil çəkdirməyi çox xoşlayırlar. Biz media işçiləri də həmin səfərimiz zamanı bunu gerçəkləşdirdik. Ancaq adaşım yorğun olduğuna görə oteldə qalıb yatmağı üstün tutdu. Yəni onun üçün rahatçılıq hər şeydən öndədir.
Xətrini həqiqətən çox istədiyim adaşımın son günlərdə gündəmi zəbt edən uğurlu layihəsinə ürəkdən sevindim. Gözəl yazar, gözəl şeirlər müəllifi olan Mehman Rəsulov həm də yaxşı ssenari müəllifi imiş. Məhz onun ssenarisi əsasında “Arzuların ardınca” filmi çəkilib və mart ayında təqdimatı olacaq. Onsuz da özünə hörmət qazanmağı bacaran Mehman son işi ilə idman jurnalistikasına da başucalığı gətirdi. Bununla bir daha sübut olundu ki, yaradıcı, istedadlı insanlar qarşısında heç bir şey əngəl ola bilməz. Deyərdim ki, Rəsulov bizlərin fəxri, digər sahədə də layiqli təmsilçimizdir.
Adaş, arzu doğurdan da həyatda ən gözəl şeylərdən biridir. Mən də sənə ürəyində olan hər bir arzunun həyata keçməsini, arzuların ardınca inamla irəliləməyi diləyirəm. Həyatda uğurların bundan da böyük olsun. Ad günün mübarək, dəyərli adaşım!!!
Mehman SÜLEYMANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi