9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Minifutbol

Şəhriyar Məmmədyarovun müəlliminin və atasının 60 yaşı tamam olur

Bu gün ömrünü Azərbaycan şahmatına həsr edən Həmid Məmmədyarovun doğum günüdür. Övladları Şəhriyar, Zeynəb və Türkana uşaqlıqdan şahmatın sirrlərini öyrədən Həmid Məmmədyarov 1955-ci ilin bu günü Rusiyanın Krasnoyarsk şəhərində anadan olub. Ağır Atletika üzrə Azərbaycan çempionudur. Uşaqlarını kiçik yaşlarından şahmata öyrədən Həmid Məmmədyarov sonrada övladlarının uğurlarına sevinib. Özü idmançı olduğundan uşaqlarını idmançı kimi böyütməyi bacarıb.
 
Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova gənclər arasında dünya çempionu olub. Onlar müxtəlif vaxtlarda komandalar arasında olimpiadada öz lövhələrində qızıl, gümüş və bürünc medallar qazanıb. Şəhriyar Məmmədyarov iki dəfə Azərbaycan yığmasının heyətində Avropa çempionu olub. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Ümumilikdə Məmmədyarovlar müxtəlif yarışlarda 50-dən çox medala layiq görülüb.
 
Həmid Məmmədyarov ad günündə sportpress.az-a açıqlamasında xoşbəxt olduğunu deyib: “Bu gün 60 yaşım tamam olur. Xoşbəxtəm desəm yanılmaram. Uşaqların üzərində çox əziyyət çəkmişəm. Şəhriyar, Zeynəb və Türkanın müəllimi olmuşam. O vaxt hər birinin güclü şahmatçı olacağına inanırdım. Mənim sözümə daha çox Şəhriyar qulaq asıb. İnanın lazım gələndə hətta onları məcbur edirdim şahmatla məşğul olmağa. Çox sevinirəm ki, indi övladlarım o vaxtkı zəhmətimin səbəbsiz olmadığını anlayır. Bununla belə onlar hələ tam potensialını göstərməyib. Daha böyük uğurlar qazana bilərlər”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30