Minifutbol
Dərs - Rəşad Məcidin 50 illiyinə
Bu gün “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidin 50 yaşı tamam olur. Rəşad Məcid ölkəmizdə yüzlərlə jurnalistin yetişməsində müstəsna xidmətləri olan bir şəxsdir. Odur ki, R.Məcidin 50 illik yubileyinə biz də biganə qala bilməzdi. Futbolxeber.az saytının kollektivi 50 yaşının tamam olması münasibəti ilə Rəşad Məcidi ürəkdən təbrik edir.
Onun barəsində Qol.az saytının baş redaktoru Aydın Bağırovun dünən yazdığı, lent.az saytında dərc olunmuş “Dərs” adlı yazısını təqdim edirik.
***
DƏRS
Əslində mən Rəşad Məcid haqda yazını indi, onun 50 illik yubileyinə bir gün qalmış (yazı avqustun 20-də dərc olunub - red.) yox, çox, lap çoxdan, təxminən 17 il bundan əvvəldən başlayaraq yazıram. Amma yazının da yazılması tərzi var: kimisi yazını kompüterə, kimisi kağıza, kimisi də beynində yazar. Məndə isə bunlardan heç biri olmayıb: 1997-ci ilin sentyabrın 1-dən başlayaraq, yəni hələ 17 yaşım tamam olmadığı gündən, iki-üç cümləni böyür-böyürə düz qoymağı bacarmadığım günlərimdən, ta indiyə kimi, artıq cümlələri böyür-böyürə qoymağı bacardığım günə qədər mən Rəşad Məcid haqda yazıların hamısı ürəyimə köçürmüşəm, ancaq ürəyimdə yazmışam.
Ürəyimə yazmışam deyəndə ki, bir az açıq danışsam - sünilikdən zəhləm gedib - ürəyimdə həmişə məbəd kimi ayrıca bir yer olub və oranın da daim üç sakini olub: məni böyüdən, dəliqanlılığından, xeyirxahlığından, mərdliyi və kişiliyindən nümunə götürdüyüm mərhum atam, məni doğan uşaq qəlbli anam və... əgər çox qısa, bir-iki sözlə ifadə etsəm, məni adam edən Rəşad Məcid!
***
Rəşad Məcid mənə doğma dayı düşür də deyə bilərəm. Anamın dayısıoğludur. Anamı böyüdən Rəşad Məcidin atası, Qarabağda böyük hörmət və nüfuz sahibi olan Müseyib Məcidov olub. Ona görə də dünyanı dərk eləməyə başlayandan Müseyib Məcidova “baba”, Rəşad Məcidə “dayı” demişəm.
Gizlətmirəm, Rəşad Məcid məni öz qohumu olduğuna görə “525”də işə götürüb.
Gərək ki, bir dəfə, “525”in 20 illik yubileyi tədbirində bunu demişdim, o, Ağdamın işğalından sonra ailəmizin çox sıxıntılı günlər keçirdiyini bilirdi, elə buna görə də mənə rəhbəri olduğu qəzetdə iş vermişdi: işə başlamazdan əvvəl isə cibimə 5-10 manat pul da qoymuşdu. Bu xırdalığa varmağım səbəbsiz deyil. Həmin günü axşam evə dönərkən, atamın da işlərinin artıq düzəldiyini eşitmişdim. Halbuki onun işinin yoluna düşməsi xəbərini biz bəlkə də bir ildən artıq idi gözləyirdik.
Qəribə bir şey idi. Həmin gün nəsə məndə belə fikir yaranmışdı ki, Rəşad Məcid sanki Allahın elçisidir və ruzi-bərəkəti də elə onun vasitəsi ilə yenidən bizə göndərib.
Bəli, Rəşad Məcidin əlibərəkətli olub, verdiyi pul halal və təmiz olub...
Və... Rəşad Məcidin iş şəraitində mənə qohumluğu 5-10 manat verdiyi həmin gün də başa çatıb. O vaxtdan sonra heç vaxt qohumluğu hiss etdirməyib. “525”ə gəldiyim ilk günlərdə ona elə “dayı” dediyimə görə mənə ərkyanə irad da tutub:
- Mənə dayı demə!
Bunu məndən, deyəsən, 1997-ci ilin sentyabrında istəmişdi. İstəyini bu günə qədər də yerinə yetirirəm, “525”in hər bir işçisi kimi “müəllim” deyirəm, bundan sonra da belə olacaq.
Rəşad Məcidlə “525”dəki qohumları arasındakı münasibətlər həmişə rəsmiyyətə dayanıb, arada pərdə olub.
Yeri gələndə, ipə-sapa yatmadığım üçün “525”dəki işimin iki ili tamam olmamış iki dəfə işdən çıxarılmışam da. O da həmin vaxtlar fərqli bir mühitdən məndə qalan özündənrazılığa, yekəxanalığa görə. 19 yaşım olmamışdı, uşaqlıq edirdim... Və indi keçmişə boylananda əmin oluram ki, Rəşad Məcid bununla mənə təkcə cəza vermirdi, əslində düşdüyüm o bataqlıqdan – həyatın dibindən çıxarırdı.
Qaranlıqdan aydınlığa çıxarırdı.
***
Bu ölkəyə təkcə yaxşı jurnalist, istedadlı şair-yazıçılar bəxş etməyib, Rəşad Məcid. Öz yolu ilə getməyəni düz yola, yerində olmayanı öz yerinə gətirib. Görünür, elə buna görədir ki, bizim Yusif hələlik çoxlarının bilmədiyi o tarixi sözü deyib: Rəşad Məcid adamdüzəldəndir!
Hər adam, hər redaktor, hər idarəçi bu statusu daşıya bilməz. Rəşad Məcid insanın səhvini bir yox, bəlkə də əlli dəfə bağışlaya bilər. Bağışlamaqla insana həm də dərs verər, düz yola çəkər.
Rəşad Məcid bağışlayandır - çünki mərhəmətlidir.
Rəşad Məcid işdə doğma, yad bilmədən - hamıya eyni məsafədədir - çünki ədalətlidir.
Rəşad Məcid həm də sədaqətə dəyər verəndir - çünki özü də sədaqətlidir.
Rəşad Məcid çox ümidsiz insan üçün sonuncu instansiyadır - çünki xeyirxahdır, səxavətlidir.
Və nəhayət, Rəşad Məcid özü bir insan olaraq MƏKTƏBdir... O məktəbdə oxuyanda yüksək və kafi qiymət də alarsan, danlanarsan da, iradlar da olar, təriflər də. Bax beləcə, bunları görə-görə, dərs alarsan, məktəb keçərsən, sonda da olarsan, ən azı mən
Aydın BAĞIROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib