10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Etopaz

"TOPAZ": ƏRZURUM KLUBU İLK DƏFƏ "FƏNƏRBAXÇA"YA QARŞI

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru  "Topaz" yeni iş həftəsinin ilk günündə proqnoz həvəskarlarına  27 qarşılaşma təklkif edir. Bu oyunlardan 16-na canlı, 3-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar.

"Təkli" oyunlar sırasında Türkiyə superliqasının 16-cı turunun son matçı - "Fənərbaxça" - "Erzurum Büyukşehir" görüşü də var. Bu, Ərzurum klubunun Türkiyə futolunun nəhənglərindən olan "Fənərbaxça" ilə ilk qarşılaşması olacaq. Hərçənd olduqca uğursuz mövsüm keçirən "Fənər" hazırda "türk futbolunun nəhəngi" statusundan çox uzaqdır. "Sarı-lacivərdlilər"in elə bu günkü rəqibi ilə birgə autsayderlər qrupunda qərarlaşması çox şeydən xəbər verir. Hətta "Fənərbaxça" top fərqinə görə "Erzurum Büyukşehir"dən geri qaldığı üçün cədvəldə yalnız "Rizəspor"u qabaqlayır - 17-ci yer. Ərzurumlular isə 16-cı sıradadır. Tərəflərdən hansı bu axşam qalib gələrsə, 14-cü yerə qalxacaq. "Fənər"də zədəli Andre Ayyu və diskvalifikasiyalı Jalison  oynamayacaq. "Topaz"da canlı və "təkli" mərc edə biləcəyiniz bu qarşılaşmanın əmsalları belədir: "Fənərbaxça"nın qələbəsi 1.45, heç-heçə 3.65, "Erzurum Büyukşehir"ib qələbəsi 5.65.

İtaliya A seriyasında 16-cı tura Berqamoda yekun vurulacaq. Çempionatın 11-cisi "Atalanta" 5-ci sıradakı "Latsio"nu qəbul edəcək. Romalılar ardıcıl 6 oyundur (A seriyasında 4, Avroliqada 2) qələbə qazana bilmir. "Atalanta" isə düz 7 turdur bütün görüşlərini "üst" oynayır. Tərəflərin Berqamodakı son 2 mövsüm qarşılaşması da məhsuldar keçib (2016-cı ildə 3:4, 2017-də isə 3:3). Göründüyü kimi "Latsio" son 2 səfər görüşündə "Atalanta"ya uduzmayıb. "Topaz"ın bu maraqlı matç üçün təklif etdiyi əmsallar belədir: "Atalanta"nın qələbəsi 2.10, heç-heçə 3.40, "Latsio"nun qələbəsi 3.10.

Gecənin daha bir "təkli" oyunu isə "Alaves"-"Atletik Bilbao" matçıdır. Ötən tur "Jirona"ya qalib gələn (1:0) Bilbao klubu 14 oyun sürən qələbə həsrətinə son qoydu. Amma bir qələbə təbii ki, komandanı təhlükəli zonadan çıxara bilməz. Hazırda 18-ci sırada qərarlaşan "Atletik" bu axşam da 3 xal qazanarsa, cədvəldə daha bir pillə irəliləyə bilər. "Topaz"da oyuna bu əmsallarla mərc etmək olar: "Alaves"in qələbəsi 2.60, heç-heçə 2.85, "Atletik Bilbao"nun qələbəsi 2.40. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30