8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Neftçi”nin yeni transferi hədəflərindən danışdı

“Neftçi” PFK-nın yeni transferi Samir Məsimov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Məsimov qarşısında duran hədəflər haqda bunları deyib: “Necə böyük bir kluba gəldiyimi gözəl anlayıram. İstəyirəm ki, “Neftçi” ilə birgə çempionluq yaşayım və komandamızın uğurlarında pay sahibi olum. Çalışacağam ki, “Neftçi”nin əsas heyətində möhkəmlənim. Rusiyada legioner futbolçu hesab olunurdum. Çünki Azərbaycan millisini seçmişdim. Mənim ana vətənim Azərbaycandır və öz millimin heyətində oynamağı həmişə hər şeydən üstün tutmuşam. Rusiyada mənə deyirdilər ki, Azərbaycan millisini seçməyin buradakı karyeranın üstündən xətt çəkə bilər. Amma mən Azərbaycan millisində və “Neftçi”də böyük nailiyyətlərə imza atmaq istəyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30