8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Məqsədimiz əsas komandaya gənc yerli istedadlar hazırlamaqdı”

"Neftçi” PFK-nın əvəzedici heyətinin baş məşqçisi Asim İbrahimov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, A.İbrahimov “ağ-qaralar”ın təlim-məşq toplanışı barədə fikirlərini bildirib: “Təlim-məşq toplanışının ilk mərhələs futbolçuların fiziki göstəricilərinin yaxşılaşdırılmasına hesablanmışdı. İndi isə daha çox texniki-taktiki tapşırıqlara üstünlük veririk. Komanda gündə iki dəfə - saat 10:00 və 16:30-da məşqə çıxır. 22 yanvar tarixində AZAL klubunun əvəzedici heyəti ilə yoxlama oyunu keçirəcəyik. Həmin qarşılaşmada aşağı yaş qruplarından dəvət etdiyimiz bir neçə futbolçunu da sınamaq niyyətindəyik. Özlərini yaxşı tərəfdən göstərənləri komandaya cəlb edəcəyik. Məqsədimiz əsas komandaya gənc yerli istedadlar hazırlamaqdı. Hazırda bir neçə futbolçumuz əsas komanda ilə birgə Türkiyədə hazırlıq keçir. Fikrimcə, bu futbolçular da yaxın gələcəkdə əsas heyətin üzvləri ilə rəqabət aparmaq gücündə olacaqlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30