8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qəbələ" Türkiyə klubu ilə heç-heçə oynadı

Hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ" toplanış çərçivəsində ilk sınaq oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, "qırmızı-qaralar" Türkiyə təmsilçisi "Maltepespor"la münasibətlərinə aydınlıq gətirib. "Qəbələ" matça bu heyətlə başlayıb: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, Nikola Valentiç, Nizami Hacıyev, Erqaş Davron, Rafael Santos, Luis Hilario Dodo, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.

Matç "Qəbələ"nin üstünlüyü ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi 25-ci dəqiqədə Yannik Kamanan hesabı açıb və komandasının fasiləyə qalib yollanmasını təmin edib. İkinci hissəyə fərqli heyətlə çıxan Yuri Syominin komandası qələbəni qoruya bilməyib. Matçın son saniyələrində "Maltepespor" Enes Erdalın qolu ilə status-kvonu bərpa edib - 1:1. Beləliklə, "Qəbələ" Antalyadakı ilk sınaq oyunundan heç-heçə ilə ayrılıb. "Qırmızı-qaralar" növbəti matçı yanvarın 13-də Qazaxıstanın "Tobol" komandasına qarşı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30