8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Millimiz Serbiya ilə 2 yoxlama oyunu keçirəcək

Yanvarın 3-dən 14-dək Bakıda, 15-dən 26-na qədər isə Serbiyada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Futbolxeber.az-ın məlumatına görə, toplanış çərçivəsində yığmamız yanvarın 22-də və 23-də Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qeyd edək ki, futzal üzrə yığma komandamız yanvarın 28-dən fevralın 9-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. C qrupunda yer alan millimiz yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, dekabrın 3-dən 13-dək İstanbulda təlim-məşq toplanışında olan millimiz Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirib. İlk oyunda 4:1 hesabı ilə qələbə qazanan komandamız ikinci qarşılaşmada 4:6 hesabı ilə məğlub olub.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30