9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mbilla Etame Rahid Əmirquliyevə çatdı

Azərbaycan Premyer Liqasının XVIII turu “Xəzər Lənkəran” üçün növbəti dublla əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt”la qarşılaşmada 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran”ın legioneri Mbilla Etame bu qarşılaşmada rəqib qapısına 2 qol vurub. Bu isə yayda transfer olunan futbolçunun “ağ-yaşıllar”ın heyətində 3-cü dubludur.

Etame komandadakı dubl sayında Rahid Əmirquliyev, İvan Svetkov, Allan Lalin və Edmond N'Tiamoaya çatıb. Bu futbolçuların hərəsinin 3 dublu var. Onlar yalnız 3 oyunçudan geri qalır. Mütləq rekord isə Zaur Ramazanova məxsusdur - 8 dubl. Vüqar Nadirov 5, Samir Əliyev 4 dəfə bunu bacarıb.

Kamerunlu forvard eyni mövsümdə 3 dubla imza atmaqla Samir Əliyevin 2004/05, Allan Lalinin 2009/10 mövsümündə gerçəkləşdirdiyi nəticəni təkrarlayıb. Bir mövsümdəki dubl rekordu isə Zaur Ramazanova məxsusdur. Hücumçu komandamızın çempion olduğu 2006/07 mövsümünün 5 qarşılaşmasında 2 qol vurmağı bacarıb.

Ümumilikdə “Xəzər Lənkəran”ın tarixində qeydə alınan 67 dubla 34 futbolçu imza atıb.

“Xəzər Lənkəran”da ən çox dubla imza atan futbolçular: 

1. Zaur Ramazanov

8

2. Vüqar Nadirov

5

3. Samir Əliyev

4

4-8. Rahid Əmirquliyev

3

İvan Svetkov

3

Allan Lalin

3

Edmond N'Tiamoa

3

Etame Mbilla

3

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30