9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Turun ən yaxşısı bəlli oldu

Azərbaycan Premyer Liqasında 18-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu məlumdur. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən son turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı: İbrahim Sehiç (Qarabağ)

Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Brüs Abdulaye (İnter), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər: Arif Daşdəmirov (İnter), Riçard Almeyda (Qarabağ), Vüqar Nadirov (Qarabağ), Marinaldo Silva (Qarabağ)

Hücumçular: Etame Mbilla (Xəzər Lənkəran), Vaqif Cavadov (İnter)

Ağdamın “Qarabağ” klubu ötən tur topa ən çox sahib olan komandadır - 36 dəqiqə. Hücum sayında (114) “Bakı”, qapıya zərbələrdə (23) isə “Xəzər Lənkəran” üstün olub. “Simurq” ötürmələrin sayına (670) və dəqiqliyinə (594) görə digərlərindən fərqlənib. Zaqatala təmsilçisinin futbolçuları ötən tur 12 dəfə oyundankənar vəziyyətə düşüb. Künc zərbələrinin sayına görə isə “Bakı” öndədir - 11 dəfə. Təkbətək mübarizələrdə “Neftçi” digər komandalardan uğurlu olub. AZAL futbolçuları isə ötən tur ərzində hamıdan çox qayda pozuntusuna yol veriblər - 33 dəfə.

Rəqib qapısına zərbələrdə (4) Vaqif Cavadov (İnter), komanda yoldaşlarına ötürmələrdə (96%) isə Patrik Osiako (Simurq) fərqləniblər. “Sumqayıt”lı Pərdis Fərcad-Azad hava mübarizələrində hamıdan uğurlu olub. Araz Abdullayev (Neftçi) rəqibini aldadıb keçməkdə, Arif Daşdəmirov (İnter) isə rəqibdən top almaqda üstün olub.

Azərbaycan Premyer Liqasında 18-ci turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın qapıçısı İbrahim Sehiçdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30