9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bakı”: əvvəl qələbə, sonra Arda ilə görüş

Madriddə təlim-məşq toplantısı keçən “Bakı”nın U-14 komandası üçüncü yoxlama oyununa çıxıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Atletiko" U-14 komandası ilə görüşən gənc futbolçularımız 3-0 hesablı qələbə qazanıblar. Komandamızın qollarını Şakir Seyidov (2) və Mirnahid Qurbanov vurublar.

U-14 Madriddə daha bir yoldaşlıq oyunu keçirəcək.

Elə həmin gün nümayəndə heyətinin rəhbəri Yüksək Kepoğlu "Atletiko" rəsmisi Emilio Qutierrezlə görüşüb. Qaşılıqlı fikir mübadiləsi zamanı müxtəlif yaş qrupları üzrə komandalarımızın Madridə səfər qarafiki və 5 futolçumuzun hazırlıq prosesi müzakirə olunub.

Daha sonra U-14 komandasının üzvləri və Madriddə uzunmüddətli təlim keçən 5 futbolçu "Atletiko"nu əsas heyətinin üzvləri ilə görüşüblər. Usta futbolçular yeniyetmələrə avtoqraf verərək, şəkil şəkdiriblər.

"Atletiko"nun türk ulduzu Arda Turan həmişə olduğu kimi diqqət mərkəzində olub. Arda U-14 üzvləri ilə söhbətləşərək, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Sonra futbolçularımıza üzərində adları yazılan "Atletiko" formaları hədiyyə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30