8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Bakı" - "Qarabağ": 100-ə çatan 4-cü cüt

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Bakı” - “Qarabağ” oyununda hesabı açan Deyvidas Çesnauskis bu komandalar arasında qarşılaşmalarda 100-cü qolun müəllifi olub. Futbolxeber.az-ın məlumatına görə, bu matçadək rəqiblərin duellərində 99 qol vurulmuşdu. “Bakı”nın 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra bu rəqəm 102-yə çatıb. Baş tutan 44 matçın ümumi top fərqində isə ağdamlılar öndədir - 54:48.
 
Azərbaycan çempionatları tarixində yalnız 4 cütün oyunlarında 100 və ya daha çox qol qeydə alınıb. Bu mənada rekord Qərb derbisinə məxsusdur. 43 dəfə üz-üzə gələn “Kəpəz”lə “Turan” hərəyə 56, ümumilikdə 112 qolun sevincini yaşayıblar.
 
“Neftçi”nin “Turan” və “Bakı” ilə keçirdiyi qarşılaşmalarda da 100-dən çox qol vurulub. Bakılıların qərblilərlə matçlarında 104, həmşəhərliləri ilə görüşlərində isə 101 qol qeydə alınıb. Hər iki dueldə “Neftçi” üstünlüyə malikdir: müvafiq olaraq,  69:35 və 63:38.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30