8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ” “Neftçi”ylə oyuna hazırdır

“Qarabağ” “Neftçi”ylə oyuna hazırdır. Futbolxeber.az-n məlumatına görə, Ağda klubu Premyer Liqanın XVI turunda “Neftçi”ni qəbul edəcək. Derbi üçün bütün hazırlıqlarını tamamlayan “Qarabağ” artıq oyun zamanını gözləyir. 54-cü derbi öncəsi komandada ciddi itki yoxdur. Artıq 1 aydır zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu isə qeyri-müəyyəndir.

Çempionatın ilk yarısında rəqib meydanında baş tutan görüşdə hesab açılmamışdı. Azərbaycan derbisini Vüsal Əliyevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” görüşü bazar günü, 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30