Ölkə futbolu
“Hafiz Məmmədovun əsas tələbi yerli uşaqların xarici ölkələrdə inkişaf etməsidir”
Bir müddət öncə "Bakı"nın U-15 komandası Fransanın "Lans" futbol klubunun düşərgəsində ikihəftəlik təlim-məşq toplanışı keçdi. Artıq komanda ölkəmizə qayıdıb. Bu gün isə “Bakı”nın U-14 komandası İspaniyaya yola düşəcək. Dekabrın 20-ə kimi davam edəcək toplanış "Atletiko" Madridin futbol akademiyasında baş tutacaq. Səfər öncəsi klubun futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlu “Bakı”nın rəsmi saytına verdiyi müsahibədə həm öncəki toplanış, həm də gələcək planlar haqda danışıb.
- Öncə Fransa səfəri haqda təəssüratlarınızı bölüşərdiniz.
- "Lans" klubunun akademiyasında baş tutan toplanış futbolçularımızın yeni mühit, yeni futbol ölkəsi ilə tanışlıq baxımından faydalıdır. Xüsusilə də, sosial və futbol fəlsəfəsi baxımından onların dünyagörüşlərində irəliləyiş oldu. Hətta uşaqların bir çoxu həyatlarında ilk dəfə təyyarəyə minib, xarici ölkəyə gedirdilər. Bu səfər həmin uşaqlar üçün önəmli həyat təcrübəsidir. Yetirmələrimiz bacardıqları qədər bu imkandan yararlandılar.
- Təbii ki, Fransa futbolu adından söz etdirməyi bacarır. Belə durumda azərbaycanlı futbolçular yerli mühitə alışmaqda nələr yaşadılar?
- Düzdür, Azərbaycan və Fransa futbolu arasında böyük fərq var. Biz qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsi hesabına bu fərqləri aradan qaldırmaq və "Bakı"nın yetirmələrini ən yüksək səviyyəyə qaldırmaq istəyirik. Bu işləri görmək üçün vaxtımız az olsa da, əlimizdən gələni edib, boşluğu qısa müddətdə aradan qaldırmağı düşünürük.
- Yetirmələrinizin futbol fəlsəfəsində hansı çatışmazlıqları müşahidə etdiniz?
- Bizim uşaqların futbol anlayışı və məşqləri fransızlarla, demək olar ki, eynidir. Amma futbolçuların rejimində fərqlər çox aydın sezilir. Onlar daha vitaminli qidalar yeyirlər, daha sağlam böyüyürlər. İnkişafın birinci şərti düzgün məşq, ikincisi isə düzgün rejimdi. Tekniki-taktiki yöndən sıxıntımız olmadı. Keçirdiyimiz yoldaşlıq görüşlərində "Lans"ın yetirmələrinin daha güclü olduğu hiss olunurdu. Üstəlik, oyunçuların təbii fiziki göstəricilərində də də fransızlar üstün idi. Müasir futbolda belə bir qayda var: Güc hər zaman texnikanı üstələyər.
- Bu gün U-14 komandamız İspaniya yola düşəcək. Orada hansı istiqamət üzrə işləyəcəksiz?
- İspaniyada da eyni plan üzrə məşqlər keçəcəyik. Həm sosial, həm də texniki-taktiki çalışmalar əsas götürüləcək.
- Bir müddət öncə "Bakı"nın 5 yetirməsi 3 illik təlim-tədris almaq üçün "Atletiko" Madridin düşərgəsinə yollandı. Bununla bərabər "Lans"ın futbol akademiyasına futbolçu göndəriləcəkmi?
- Oxşar əməkdaşlıq "Bakı" və "Lans" arasında da nəzərdə tutulub. Bu işi qarşı tərəfin uşaq məşqçiləri həyata keçirir. Onlar fərqli tərkiblərlə, fərqli vaxtlarda bura gəlir, bizim uşaqları yoxlayırlar. Klubumuzun strateji inkişaf planına əasasən, xaricə yollanan uşaqların sayı artacaq. Ancaq tələsmək də lazım deyil. Klubumuzun prezidentimiz Hafiz Məmmədovun əsas tələbi yerli uşaqların xarici ölkələrdə təlim görüb, orada inkişaf etməsidir.
Onu da əlavə edim ki, növbəti ilin yanvar ayında U-19 və U-17 komandalarımız da Fransada təlim-məşq toplanışı keçəcək.
- Fransada təlim-məşq toplanışı keçdiyiniz müddətdə hansısa futbolçumuzu bəyənib, orada qalmasını istəyənlər oldumu?
- Bu, bizim iş formatımızda olmayıb. Olsa belə, Hafiz Məmmədovun izni olmadan onlar Fransada qala bilməzdi. Heyyətdə texniki hazırlığı əla, ancaq fiziki göstəriciləri zəif olan futbolçularımız çox idi. Yoldaşlıq görüşlərində də bu, aydın hiss olunurdu. Üstəlik, futbolçularımız "Lans"ın özlərindən bir yaş yuxarı qrupları ilə oyunlar keçirdilər. Belə durumda fransızların üstünlüyü sezilirdi. Burda bir məqamı da əlavə edim ki, Fransada səfərdə olduğumuz müddətdə bizi tərcüməçi kimi müşayiət edən Baba Həsənov artıq "Lans" klubunda işə qəbul olunub. Səfərimizin daha bir faydasını gördük, təlim-məşq toplantımız Fransada yaşayan azərbaycanlı gəncin özünə yeni imkanlar açan iş yeri tapması ilə də əlamətdar oldu.
Son 2-3 ay içində artıq 5 komandamız Fransa və İspaniya kimi aparıcı dünya ölkələrində təlim keçirlər, uşaqlar bu yüksək şəraiti yaradan klub prezidentimiz Hafiz Məmmədova təşəkkür etməklə yanaşı söz verdilər ki, bu qayğının nəticəsində əzmkarlıqla çalışaraq, bunun qarşılığını yaşıl meydanlarda verəcəklər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq