8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Xəzər Lənkəran”a gəlməyimin əsas məqsədi klub prezidentini tanımağımdır”

“Xəzər Lənkəran”a gəlməyimin əsas məqsədi klub prezidentini tanımağımdır. Komandanın uşaq futbolunu yüksəltmək lazımdır. Mübariz Mənsimovla İstanbulda 3 il əvvəl “Beşiktaş”da bir yerdə olmuşuq. “Xəzər Lənkəran”ı imkan olduqca avrokuboklarda təmsil etmək, ölkə kubokunda irəli getmək istəyirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Bu gün rəsmən ictimaiyyətə təqdim olunan türkiyəli mütəxəssis ölkəmizdə olduğundan məmnunluq duyduğunu bildirib: “Azərbaycan xalqının həzz alacağı bir komanda qurmaq istəyirik. Komandanı tanıyıram. Amma daha da tanımağım lazımdır. Burda olmaqdan son dərəcədə məmnunam. Bura mənim öz ölkəm kimidir”.

Dənizli komandanın transfer çalışmalarına da toxunub: “Dövrələrarası fasilədə transfer ehtiyac olarsa, ediləcək. Bu xaricdən də, Türkiyədən də ola bilər. Türkiyədə oynamaq şansı əldə etməyənlər varsa və burda adaptasiya prosesi olmayacaqsa, ilk transferlərimiz Türkiyədən olacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30