8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Turun ən yaxşısı Bertuççidi

Azərbaycan Premyer Liqasında 15-ci turun rəmzi komandası məlumdur. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı: Giorgi Lomaya (İnter);

Müdafiəçilər: Yure Travner (Bakı), İdan Vaytsman (Simurq), Manuel Skarlatake (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ);

Yarımmüdafiəçilər: Bruno Bertuççi (Neftçi), Mzee Patrik Osiako (Simurq), Nizami Hacıyev (Qəbələ), Marinaldo Silva (Qarabağ);

Hücumçular: Draqan Çeran (Simurq), Yannik Kamanan (Qəbələ).

Ötən tur “Xəzər Lənkəran” topa sahib olmada, dəqiq ötürmələrdə, topa yiyələnməkdə və rəqibi aldadıcı hərəkətlə keçməkdə bütün komandalardan üstün olub. 15-ci turda rəqib qapısına ən çox zərbə endirən və hücumlar təşkil edən “Neftçi”dir. Paytaxt təmsilçinin futbolçuları təkbətək mübarizələrdə də uğurlu olsalar da, digər komandalarla müqayisədə ən çox top itkisinə yol veriblər.

Rəqib qapısına ən çox zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına ən çox dəqiq ötürmə verən isə Alvaro Silvadır (Xəzər Lənkəran). Hava mübarizələrində Yannik Kamanan (Qəbələ) hamıdan yaxşı olub. “Sumqayıt”lı Mirzağa Hüseynpur isə oyun ərzində ən çox top itikisinə yol verən futbolçudur.

Turun ən yaxşı futbolçusu “Neftçi”nin braziliyalı oyunçusu Bruno Bertuççidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30