7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

"Maurinyo ilə "Xəzər Lənkəran" haqqında ayrıca söhbət etdik"

"Əlbəttə, bu çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu. O “Portu”da Jozenin rəhbərliyi altında çıxış edib, və indi də onunla əla münasibətləri var. O ki qaldı mənimlə Derleyin münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri bir neçə gün əvvəl Joze Maurinyo ilə görüşən "Xəzər Lənkəran"ın seleksiyaçısı Mario Souza deyib.

Lənkəran klubunun rəsmi saytına danışan Souza belə bir görüşün həm “Xəzər Lənkəran” üçün, həm də onun özü üçün vacib olduğunu bildirdi: “Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq “Xəzər Lənkəran” haqqında geniş və tam təsəvvürə malikdir. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Maurinyo ilə görüş əsnasında da “Xəzər Lənkəran” haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim”.

 Hazırda isə Mario Portuqaliyadadır: “Ötən ay Cənubi Amerika ölkələrində oyunları izləyib, klub rəhbərləri ilə görüşlər apardım. Qısamüddətli London səfərindən sonra isə Portuqaliyadayam. Zon Saqreş Liqasının bir neçə oyununda olacam, gedəcəyim oyunların siyahısını hələ Braziliyada olduğum müddətdə hazırlamışam. Bu ölkədə də görüşlərim olacaq. Bilavasitə klub işləri ilə bağlı görüşlərlə yanaşı, dünyanın bir nömrəli futbol agenti Jorje Mendeşlə də söhbətimiz olacaq. Həftənin sonunda isə artıq San Paoloda olmalıyam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30